Strategiya və Büdcə şöbəsinin aparıcı mütəxəssisi

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 07.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Bankın qarşısına qoyduğu strateji hədəflərə nəzarətin təmin olunması, bu hədəflər ilə əlaqədar təhlillərin aparılması;
  • Xərclərin təhlilinin aparılması və büdcə ilə uyğunlaşdırılması;
  • Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması;
  • Müəyyən edilmiş müxtəlif maliyyə göstəriciləri üzrə mütəmadi olaraq Bankın fəaliyyətini təhlil edilməsi və bu barədə rəhbərliyin məlumatlandırılması;
  • Şöbənin funksiyasından irəli gələn digər funksiyaları icra edilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə ən azı 2 illik iş təcrübəsi;
  • Əla səviyyədə Azərbaycan dili biliyi, orta səviyyədə inglis dili və rus dili;
  • Kompyuter biliyi: yüksək səviyyədə MS Office bilikləri, SQL (MSSQL, T-SQL);
  • Yüksək analitik qabiliyyət;
  • Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
  • Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlər. (ACCA və CFA arzuolunandır).

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

İşəgötürənin reytinqi