Qeyri-kredit sahəsi üzrə Auditor

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Filiallarda baş vermiş əməliyyatları yoxlamaq;
  • Əməliyyat sahəsində daxili nəzarət sistemlərinin mövcud olması, effektivliyi və adekvatlığını yoxlamaq və qiymətləndirmək; 
  • Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək; 
  • Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək; 
  • Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan departamentin və ya əməliyyat sahəsinin risk təhlilini həyata keçirmək;
  • Əməliyyat sahəsində audit testlərini həyata keçirmək;
  • Əməliyyat proseslərinin müvafiq qanunvericiliyə, prosedur və qaydalara uyğun olmasını təyin etmək;
  • Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək. 

Namizədə qarşı tələblər:

  • Ali təhsil (iqtisadi və ya hüquqi);
  • Əməliyyat sahəsində minimum 1 il iş təcrübəsi;
  • Analitik düşünmə qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis dili arzuolunandır;
  • Excel proqramında işləmək bacarığı;
  • Yüksək ünsiyyət bacarığı;
  • Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı;
  • Bankın filiallarına istənilən vaxt ezamiyyətlərə gedə bilmək imkanı və istəyinin olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 iyul 2022-ci il tarixinədək, email-in mövzu hissəsində Qeyri-kredit sahəsi üzrə Auditor qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]

İşəgötürənin reytinqi