Satış şöbəsinin müdirinin rəhbərliyi altında Cəmiyyətin ümumi müştəri bazasının formalaşdırılması üzrə işləri yerinə yetirir;
Müştəri barədə informasiyaları (Müştərinin rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplayır və müştəri bazasına qeyd edir;
Camiyyətin təqdim etdiyi mal və xidmətlərin qiymətlərindəki dəyişikliklərlə, avadanlıqların təchizat müddətləri ilə bağlı müştəriləri məlumatlandırır;
Satış menecerlərinin göstərişi ilə müştərilərlə əlaqə yaradır;
Müştəri tərəfindən ödənişlərin həyata keçirilməsinə nəzarət edir və satış menecerlərini məlumatlandırır;
Satış menecerlərinin göstərişi ilə malların anbardan çıxarılıb müştəriyə göndərilməsi üçün mal tələbnaməsini yazır;
Malların müştəriyə çatdırılmasını təmin edir;
Malların təchizat müddətlərinin əməl edilməsinə nəzarət edir, malların təchizatı yubanarsa, öz rəhbərini məlumatlandırır;
Vaxtında reaksiya vermək məqsədilə avadanlıqlar çatdırıldıqdan sonra müştəridən avadanlıqların xüsusiyyətlərinə uyğunluğu, qablaşdırmanın düzgünlüyü, istehsalçı tərəfindən və ya daşınma zamanı qüsurların mövcud olub-olmaması barədə informasiya toplayır;
Müqavilələrin icrası ilə bağlı müştərilərin pretenziyalarının uçotunu aparır və Rəhbərliyi məlumatlandırır;
Müqavilə şərtlərininin pozulması səbəblərini müəyyən edir və Satış şöbəsinin müdirinə məruzə edir;
Müştəri barədə daxil olan bütün informasiyaları ERP proqram məhsuluna qeyd edir;
Prezentasiya və sərgilərin hazırlanmasında iştirak edir, Sərgi və prezentasiyalardan daxil olan informasiyaları qeydə alır, sistemləşdirir və Satış şöbəsinin müdirinə təqdim edir;
Keyfiyyət sisteminin menecmenti tələblərinin yerinə yetirilməsinə nəzarət edir.
Özünün birbaşa rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirir.
Tələblər:
Ali iqtisadi və ya texniki təhsil
Şirkətin məhsullarını müştərilərə təqdim etmək
Azərbaycan, rus, ingilis dillərini bilmək
Analitik düşünmə qabiliyyəti
Kompüterlə işləmək bacarığı
Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək