Front-end Developer

  • AT-Geotech MMC
  • Elanın qoyulma tarixi: 28.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ən əsas vəzifə öhdəlikləri aşağıdakı kimidir:

  • Yeni layihələrin qrup və ya fərdi şəkildə yaradılması, mövcud layihələrin dəstəklənməsi və inkişaf etdirilməsi.
  • Javacript dilində kodun həm sıfırdan yazılması, həm də müxtəlif kitabxanalardan və nümunələrdən istifadə edərək onların layihə tələblərinə uyğun elektron formaların və qrafikların hazırlanıb uyğunlaşdırılması.

Bunlara əməl etmək üçün isə namizəddə sadəcə aşağıdakıların olması yetərlidir:

  • Təhsil: Məzun
  • Bu sahədə ən azı 1 il təcrübəsi
  • Güclü problem analiz etmə, həll etmə və qərar vermə bacarıqları
  • Həm müstəqil, həm də komanda yönümlü əməkdaşlıq şəraitində işləmə bacarığı
  • Analitik düşünə bilən və alqoritmik bilikləri
  • Javascript, AJAX, HTML, CSS proqramları bilikləri
  • Texniki ingilis dili (yeniliklər ve sənədləşmə ilə fərdi tanış olmaq üçün)

Təklif etdiyimiz iş şəraiti:

  • İş qrafiki: 6 günlük
  • İş yeri: Xırdalan şəhəri
  • Əmək haqqı:600-1000 AZN
  • Tatu, saqqal və uzun saçlarına qarışmayacağıq! :)

QEYD: Müsahibədən öncə ZOOM vasitəsi ilə imtahan mərhələsi olacaqdır.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində « Front-end Developer » qeyd edərək CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.