Daxili audit

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • İllik Audit planına uyğun olaraq audit yoxlamalarının həyata keçirilməsi;
  • Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsinin müəyyən edilməsi;
  • Mühasibat uçotunun aparılmasının, maliyyə hesabatlarının düzgünlüyünün və etibarlılığının yoxlanılması;
  • Daxili nəzarət nöqsanları barədə rəhbərliyə hesabat verilməsi, risklərin azaldılması üçün tövsiyələrin verilməsi;
  • Aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi, daxili audit hesabatının hazırlanması;
  • Yekunlaşmış daxili audit yoxlamaları üzrə tədbirlər planının monitorinqi;
  • Daxili audit prosedurlarına aid digər tapşırıqların icra edilməsi.

Namizədə tələblər:

  • Ali təhsil; 
  • Komplayns, daxili nəzarət, daxili audit vəzifələri üzrə minimum 2 il təcrübə;
  • Microsoft Office proqramlarında (xüsusilə MS Excel) sərbəst işləmə bacarığı;
  • Ezamlara hazır olmaq;
  • Məsuliyyətli, operativ olmaq.

Əmək şəraiti:

  • İş yeri: Xırdalan
  • İş rejimi: 5 günlük
  • İş saatı: 09:00-18:00
  • Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.