Mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi və kassa hesabatlarının yoxlanması;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq dövlət orqanlarına göndərilməsi;
  • Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
  • Aylıq əmək haqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əmək haqlarının və digər ödənişlərinin aparılması;

Tələblər:

  • Ali iqtisadi təhsil;
  • Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
  • MS Office proqramlarını bilməli  (mükəmməl Excel bilikləri) ; 
  • 1C proqramları ilə işləmək bacarığı;
  • Müvafiq sahədə 2-3 ildən çox iş təcrübəsi; 
  • Dil bilikləri: Azərbaycan dili (əla), rus dili və ingilis dili bilən namizədlərə üstünlük veriləcək
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;

İş şərtləri:

  • İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
  • Əmək haqqı: 700-800 ₼
  • AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini  məktubun mövzu hissəsində Mühasib” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır