Mühasib-operator

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətə daxil olunan e-qaimələrin yoxlanılması və təsdiqlənməsi;
  • Vergi portalına e-qaimə yüklənilməsi;
  • Ödəniş üçün daxil olan sənəd topluların işlənilməsi;
  • Satıcılara ödənilmiş avans məbləğlərin nəzarəti;
  • Ödəniş sənədlərinin arxivləşdirilməsi;
  • Satışla əlaqədar daxil olunan sənədlərin yoxlanılması və arxivləşdirilməsi;
  • Satıcılar və alıcılar üzrə qalıqların üzləşməsi və təsdiqləmə işlərin aparılması.

Tələblər:

  • MS ofis proqramlarında sərbəst işləmək bacarığı;
  • Maliyyə/mühasibat uçotu/riyaziyyat üzrə ali təhsil
  • Vergi qanunvericiliyi, əmək qanunvericiliyi barəsində elementar biliyi olmalı;
  • Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
  • Verilmiş tapşırıqları vaxtında icra etmək;
  • Problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
  • Son tarixləri qarşılamaq bacarığı;
  • Detallara və məxfiliyə güclü diqqət.

Səriştələr:

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında təyin olunur;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

https://hr.mktcotton.com/az/job/muhasib-operator?sources=Jobsearch.az

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.