Layihələrin idarəolunması şöbəsinin kiçik mütəxəssisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 21.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Cəmiyyətin filialları, nümayəndəlikləri və agentləri ilə planlaşdırma və layihələrin idarə olunması sahəsinə aid işlərin təşkil edilməsində və həyata keçirilməsində iştirak etmək;
  • Cəmiyyətin sosial həyatına aid layihələrin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • Korporativ internet səhifəsinin hazırlanması, yenilənməsi layihələrində iştirak etmək;
  • Şirkət üzrə yeni struktur bölmələrinin, filiallarının (nümayəndəliklərinin) və yeni funksiyaların yaradılması layihələrində iştirak etmək;
  • Şirkət üzrə aparılan əməliyyatların vahid İT platforması üzərində proqram təminatının yaradılması layihələrində iştirak etmək;
  • Layihə üzrə bütün zəruri sənədləşdirmə işlərinin aparılmasını icra etmək;
  • Layihə üzrə aparılan işlərin şirkətin digər struktur bölmələri ilə koordinasiya edilməsini icra etmək;
  • Layihələrin idarə olunması üzrə işçi qrupun formalaşmasında və işlərin icrasında iştirak etmək;
  • Layihələr üzrə tender və müsabiqələrin təşkilində və keçirilməsində iştirak etmək;
  • Layihələr üzrə məlumatların təhlilini aparmaq;
  • Qüvvədə olan təlimat və qaydalara əsasən Departament tərəfindən şöbəyə dair sənədlərin operativ və keyfiyyətli hazırlanması, onların icrasını və şöbə daxilində kargüzarlığın aparılmasını təşkil etmək;
  • Daxili və xarici istifadəçilərə təqdim etmək üçün şöbənin fəaliyyətinə aid məlumat və nəzarət xarakterli hesabatların hazırlanmasında iştirak etmək;
  • Şöbənin fəaliyyət sahəsinə aid uçot-statistik və hesabat işlərini aparmaq.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: İş təcrübəsi tələb olunmur.
  • Təhsili/ixtisası: İstənilən sahə üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis (əla) və Rus dili (əla)
  • Üstünlüklər: PMP, PRNCE2, Agile Layihələrin idarəolunması sahəsində hər hansı sertifikatın olması 
  • Kompüter bilikləri: MS Office: orta
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, təsir göstərmə, planlaşdırma.

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61

Vakansiya üçün müraciət qaydası: Namizədlər keçiddən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

https://pasha-life.az/about/#career

İşəgötürənin reytinqi