Mühasib

İşin təsviri

İş barədə məlumat:

  • Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması
  • Vergi, Vahid bəyannamələrin hazırlanması və təqdim edilməsi
  • Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
  • Elektron qaimə-fakturaların tərtib olunması və göndərilməsi
  • ƏDV hesabatlarının tərtib edilib göndərilməsi
  • Bank əməliyyatlarının idarə olunması
  • Digər, qanunvericiliyə uyğun olaraq sənədlərin hazırlanması və s.

Namizədə tələblər:

  • İş təcrübəsi: Mühasibatlıq sahəsində ən azı 3-5 illik iş təcrübəsi;
  • Təhsili/ixtisası: Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
  • Təlim və kurslar: Mühasibatlıq və maliyyə təlimlərinə qatılması əlavə üstünlükdür
  • AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli
  • Cins: Qadın
  • Dil bilikləri: Azərbaycan dili - mükəmməl, rus və ingilis dili -yaxşı
  • Kompüter bilikləri: MS Office (Word, Excel) və 1C (8.2, 8.3)  proqramını yüksək səviyyədə bilmək
  • Fərdi keyfiyyət tələbləri: Yüksək analitik qabiliyyətə malik olmaq; Peşəsinə yüksək motivasiya ilə yanaşma; Fərdi və komanda da işləmə bacarığı; Səbrli, məsuliyyətli və gərgin iş rejimində çalışma qabiliyyəti; Detallara qarşı diqqətlilik və məsuliyyətlilik; Verilmiş tapşırıqları vaxtında icra etmək.

İş şəraiti:

  • İş qrafiki:  5 günlük iş qrafiki
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Əmək haqqı: 600-800 AZN
  • Karyera yüksəlişi imkanı.

Ünvan: Yasamal ray., Akim Abbasov 1C, 15B

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın “Mühasib İşçi” adını qeyd etməyiniz xahiş olunur.

Email: [email protected]

Small Medium Enterprises tərəfindən digər vakansiyalar