İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Müəssisədəki 35/10 kV-luq yarım stansiyanın təlimata uyğun şəkildə işlədilməsini təmin etmək və onlara nəzarət etmək;
 
	- Yarım stansiyanın elektrik və elektronik idarəetmə ilə işləyən avadanlıq və təchizatların konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydalarını bilmək;
 
	- Yarım stansiyada çalışan növbətçi elektrikçilərin gördüyü işlərə nəzarət etmək;
 
	- Naryad buraxılışla yarım stansiyanın əsaslı və cari təmir qrafiki üzrə işlərin TT, TİQ, YT və əməyin mühafizəsi üzrə aparılması;
 
	- Keyfiyyət və təhlükəsizliyə zəmanət tədbirlərinin həyata keçirilməsi;
 
	- Gündəlik elektrik sərfiyyatlarının hesablanması və qeydiyyat jurnallarının yazılması.
 
Tələblər:
	- Elektrik və ya elektroenergetika sahəsi üzrə ali təhsil;
 
	- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
 
	- TT, TİQ, YTQ və əməyin mühafizəsi üzrə azı 4-cü ixtisas qrupu;
 
	- Elektrik sxemlərini oxumaq və tərtib etmək bacarığı;
 
	- Elektrik avadanlıqların və qurğularının istismarına, iş prinsipinə dair biliklərə sahib olmaq;
 
	- Ölçmə cihazlarına dair biliklərinin olması;
 
	- Yüksək gərginlikdə işləmə bacarığı;
 
	- Yüksək gərginliyə (4-cü və 5-ci qrup) müdaxilə etmə icazəsi olmaq.
 
Səriştələr:
	- Məsuliyyətli
 
	- Nailiyyət yönümlülük
 
	- Etibarlılıq
 
	- Dürüstlük
 
Əlavə məlumat:
	- Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır;
 
	- İş qrafiki: 5 günlük iş həftəsi;
 
	- İş yeri: Baki şəhəri, Qafqaz Business Center;
 
	- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
 
"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
https://hr.mktcotton.com/job/dispetcher?sources=Jobsearch.az