Şəbəkə inzibatçısı (böyük mütəxəssis)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Router, Switch və Firewall və s. şəbəkə avadanlıqlarının sazlanması, quraşdırılması və idarə edilməsi;
  • LAN/WAN, Data/Ehtiyat mərkəzləri şəbəkəsinin qurulması və idarə edilməsi;
  • Şəbəkə avadanlıqlarının proqram təminatlarının yenilənməsi, lisenziyaların aktual saxlanılmasına nəzarət edilməsi;
  • Şəbəkə avadanlıqlarının (router, switch, və s.) funksionallığını maksimum səviyyədə artırmaq, təhlükəsizlik üçün ətraflı icra planlarının hazırlanması;
  • Monitorinq sisteminin quraşdırılması, infrastruktur elementlərinin konfiqurasiyası və monitorinqlərin aparılması;
  • Şəbəkə problemlərinin qısa zaman ərzində müəyyən edilərək həll edilməsi;
  • İT siyasət, qayda və proseduraların yazılmasında iştirak və vəzifə səlahiyyətləri  çərçivəsində digər öhdəliklərin icra edilməsi.

Tələblər:

  • Təhsil: Ali 
  • Dil bilikləri: Azərbaycan, rus, ingilis (texniki);
  • Şəbəkə inzibatçısı kimi minimum 3 il iş təcrübəsi;
  • CCNP səviyyəsində Cisco routing-switching həlləri biliyi və praktiki təcrübə;
  • Cisco CCNA/CCNP  sertifikatları mütləq olmalıdır;
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı;
  • İşə planlı yanaşma bacarığı;
  • Ünsiyyət yaratmaq bacarığı;
  • Ölkədaxili ezamiyyətlərə getmək imkanı;
  • Məsuliyyətli və operativ qərar vermə bacarığı.

Tələb olunan bacarıqlar:

  • TCP/IP və OSI modeli haqqında dərin biliklər;
  • LAN/WAN şəbəkəsi və İT infrastrukturunun dizaynı, quraşdırılması və yaranan problemlərin aradan qaldırılması;
  • L2/L3 - LAN/WAN/SD-WAN şəbəkə texnologiyaları haqqında dərin biliklər və iş təcrübəsi;
  • Router, Switch və Firewall-ların  (Cisco,Palo Alto,Fortigate, HPE və s.) qurumun təhlükəsizlik standartlarına uyğun olaraq konfiqurasiya edilməsi, istismarı və dəstəklənməsi bacarığı;
  • IPSec / VPN texnologiyaları (Cisco DMVPN, site-to-site vpn, remote access vpn) haqqında dərin biliklər və iş təcrübəsi;
  • İP Telefoniya haqqında biliklər və iş təcrübəsi (CUCM, 3CX, Yeastar, Yelink və s.),
  • Tacacs, RADİUS, ISE avtorizasiya sistemlərinin tətbiqi ilə bağlı iş təcrübəsi;
  • Linux və Unix əməliyyat sistemləri iş bacarığı arzu olunandır; 
  • Görülən işlərin sənədləşdirilməsi bacarığı.

Digər:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
  • İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00; 
  • İstirahət günləri: şənbə və bazar.

Vakansiya üzrə müraciətin son müddəti: 17 iyul 2022-ci il.

İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İnformasiya texnologiyaları şöbəsi – Şəbəkə inzibatçısı) qeyd edin.

Email: [email protected]