Kredit Mütəxəssisi (Bərdə rayonu)

İşin təsviri

“İnkişaf üçün Maliyyə” MMC
Bank Olmayan Kredit Təşkilatı

Bərdə filialına
Bərdə və Ağdam rayonlarında
kredit işini həyata keçirmək üçün

İŞÇİ QƏBULU ELAN EDIR.


Tələblər:
• Biznes anlayışının olması (kənd təsərrüfatı, ticarət, xidmət, istehsal və digər sahələrdə);
• Ümumi riyazi və hesablama bacarıqları;
• İnsanlarla rahat ünsiyyət qurmaq qabiliyyəti;
• Azərbaycan dilində səlis danışmaq, anlamaq və fikri başa düşülən səviyyədə ifadə etmək;
• Kredit, maliyyə və ya mühasibat işi haqqında müəyyən məlumatın və öyrənməyə marağın olması arzuolunandır;
• Ali və ya texniki təhsil.

İşçinin görəcəyi əsas işlər:
• İşçinin iş vaxtının əsas hissəsi kredit götürmək ehtimalı olan insanların fəaliyyət göstərdiyi yerlərdə onlarla görüşmək (məsələn, yarmarka və ticarət mərkəzlərində, biznes obyektlərinin cəmləşdiyi ünvanlarda, kəndlərdə);
• Kredit xidməti və şərtləri haqqında məlumatlandırma aparmaq;
• Artıq kredit üçün müraciət etmiş şəxslərlə təhlil və araşdırma görüşləri keçirmək;
• Kredit layihəsi hazırlamaq.

İşçinin təlim və inkişafı:
• Yeni götürülən işçilər təcrübəli işçilərdən təlim alacaq;
• İnkişafa meylli və qabaqcıl işçilər müxtəlif təlim və seminarlara göndəriləcək.

İş müraciətinizi aşağıdakı ünvanlara göndərə bilərsiniz:

Bərdə rayonu:       
“İnkişaf üçün Maliyyə” MMC-nin filialı   E-poçt: [email protected]
Bərdə şəhəri, İsmət Qayıbov küçəsi 18   Faks:  (994 12) 492 77 63 (11) 
(Məscidin yanı)    


Xüsusi Qeydlər:

1. Qadın namizədləri müsabiqədə fəal iştirak etməyə ruhlandırırıq.
2. Ərizələrin (CV-lərin) qəbulu 10 FEVRAL 2013-cü il tarixinədək davam edir.
3. Ərizələrdə (CV-lərdə) sizi qane edəcək əmək haqqı məbləğini mütləq qeyd edin.
4. Ərizələri (CV-i) e-poçt ünvanımıza göndərərkən mövzu yerinə müvafiq rayon üzrə "Bərdə filialı kredit işçisi" yazmağınız xahiş olunur.