Layihə meneceri

  • Grand Medical LLC
  • Elanın qoyulma tarixi: 16.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və məsuliyyətlər:

  • Müştərilərlə əlaqələri saxlamaq və yeniləmək; yeni müştərilərlə davamlı iş ortaqlığı qurmaq
  • Təsdiqləndiyi kimi distribyutorlar, dövlət səhiyyə təşkilatları, tibb müəssisələri, aptek zəncirləri, xəstəxanalar vasitəsilə şirkət məhsullarını fəal şəkildə tanıtmaqla yerli səviyyədə satış strategiyasını təşkil etmək və planların yerinə yetirilməsini təmin etmək
  • Əsas müştərilər və Tibbi Nümayəndələr/Bölgə Meneceri arasında güclü əlaqələr yaratmaq üçün ünsiyyət qurmaq və əlaqələri stimullaşdırmaq
  • Ərazi Menecerləri ilə əməkdaşlıqda satış nəticələrini yaxşılaşdırmaq üçün strateji fəaliyyət planı hazırlamaq. Müştəri ilə müqavilələrin bağlanması və icra müddətini müəyyən etmək
  • Şirkətlə daxili büdcələri, müştəri ilə isə xarici büdcələri qurmaq və onlara nəzarət etmək
  • Yüksək satış və ya çarpaz satış yolu ilə mənfəəti artırmaq üçün satış komandası ilə əməkdaşlıq
  • Təklif olunan vaxt qrafiklərinə uyğun olaraq bütün müştəri ehtiyaclarının və tələblərinin qarşılanması
  • Müştərilərlə əlaqələrin idarə edilməsini təmin etmək üçün müştəri məlumatlarını təhlili
  • Əlaqələri genişləndirmək və yeni müştəri cəlb etmək
  • Şirkətin CRM-də satışla bağlı bütün məlumatlarının, o cümlədən potensial müştərilər, hesablar, imkanlar və satış siyasətinin idarə edilməsi 
  • Şirkətin prosedurlarına uyğun olaraq rəhbərlik tərəfindən tələb olunan hesabatları vaxtında hazırlamaq.

Vəzifə tələbləri:

  • Biznesin idarə edilməsi/idarəetmə/digər sahə üzrə bakalavr dərəcəsi (tibb, əczaçılıq/təbiət elmləri)
  • Əczaçılıq/tibb və ya FMCG sahələrində yüksək performanslı komandalarla əməkdaşlıq üzrə minimum 3 illik uğurlu satış təcrübəsi (mütləqdir)
  • Satış zəncirinin idarə edilməsi, kompleks və strateji satış metodlarının tətbiqi, effektiv ünsiyyət üsulları daxil olmaqla, qabaqcıl ünsiyyət bacarıqları və inandırmaq bacarığı
  • Sürətlə dəyişən kommersiya mühitində prioritetləri və qərarları effektiv şəkildə idarə etmək bacarığı
  • Səyahət maneəsi olmamalı (xərclər şirkət tərəfindən ödənilməklə həftənin ən az 2-3 gününü rayonlarda keçirəcəyini nəzərə almalı)
  • Əla şifahi, analitik və təqdimat bacarıqları
  • İngilis dili biliyi mütləqdir; Rus dili üstünlükdür
  • Etibarlı sürücülük vəsiqəsi

İş günləri: I-V günlər ( VI gün ehtiyac yarandıqda ) 

İş saatları: 09:00-18:00

Əmək haqqı: 1000-1500 AZN fix (təcrübədən asılı olaraq) 

Korporativ nömrə və Nahar şirkət tərəfindən təmin olunur

Maraqlanan namizədlərdən mövzu hissəsində Vakansiyanı qeyd etməklə öz CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq. 

Email: [email protected]