“Icraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank Olmayan Kredit Təşkilatı Məlumat İdarərəetmə Sisteminin (MİS) qurulması üçün 05 fevral 2013-cü il tarixədək tender elan edir.
Tenderdə hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
T E X N İ K İ T A P Ş I R I Q
İKA MMC-nin fəaliyyət sahəsi hüquqi şəxslərə (Kredit İttifaqlarına (Kİ), Birgə Borclu Qruplarına (BQ) və eləcə də fiziki şəxslərə istehlak kreditlərinin verilməsini əhatə edr.
MİS-in qurulması üçün qoyulan tələblər:
Məlumat bazası - MS SQL və ya ORACLE əsasında.
Proqram Təminatı - Web interfeys əsasında.
Proqram mətnlərinin (ilkin kodların) təmin edilməsi.
MİS aşağıdakı tapşırıqların icrasını təmin etməlidir:
Mühasibat uçotu;
Kreditlərin İdarə olunması;
Elektron sənəd dövriyyəsi.
Mühasibat uçotu uzrə tələblər:
Aylıq balans;
Tarix aralığına qalıqların dövriyyəsi;
Günbəgün balans;
Günün balansı ;
Balansdan kənar uçot;
Kadrlar və Əməkhaqqı uçotu;
Əsas vəsaitlərin uçotu;
Hesabatlar, hesabat konstruktoru;
İcazələrin idarə olunması;
Təhlükəsizlik;
Kreditlərin İdarə olunması üzrə tələblər:
Biznes planların idarə olunması;
Kredit sifarişlərinin idarə olunması;
Kredit müqavilələrinin hazırlanması;
BQ üzrə kreditlərin idarə olunması;
Kİ-na verilmiş kreditlərin üzvlər üzrə və Kİ üzrə idarə olunması;
Zaminliklərin idarə olunması;
Girovların idarə olunması;
Geri ödənişlərin idarə olunması;
SMS-lə informasiya mübadiləsi;
Kredit müqavilələrinin uzadılması;
Kreditin restruktizasiyası, faiz hesablanmasının dayandırılması;
Gəlirlərin proqnozlaşdırılması;
İnvestorlar üzrə uçot;
Kreditlərin balans arxasına salınması;
Balans arxası kreditlərin idarə olunması;
Problemli kreditlərin idarə olunması (Pretenziyalar, məhkəmə qərarları);
Daşınmaz əmlakın balansa alınması;
Mərkəzləşdirilmiş Kredit Reyestrinə məlumatların yüklənməsi;
Hesabatlar, Hesabat konstruktoru;
İcazələrin idarə olunması;
Təhlükəsizlik;
Elektron sənəd dövriyyəsi üzrə tələblər:
Sənədlər üzrə şablonların hazırlanması;
Sənədlərin idarə olunması;
Elektron poçt ilə inteqrasiya;
Arxivin idarə olunması;
Axtarış sistemi;
Marşrutların idarə ounması;
Versiyaların idarə olunması;
İcraya nəzarət;
İcazələrin idarə olunması;
Hesabatlar, hesabat konstruktoru;
Təhlükəsizlik;
İKA-nın yerləşdiyi ünvan:
Bakı şəh.Ü.Hacıbəyov küç. 40, Hökumət Evi, otaq 848
Tenderdə iştirak etmək istəyənlər maraq ifadələrini aşağıdakı e-mail
ünvanına göndərə bilərlər:
[email protected]