Direktorun köməkçisi

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 15.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Direktor tərəfindən keçirilən müşavirələri, iclasları, görüşləri və rəsmi qəbulları protokol qaydalarına, habelə qəbul olunmuş beynəlxalq təcrübəyə və milli adət-ənənələrə əsaslanaraq təşkil etmək;
  • Direktorun iştirak etdiyi tədbirlərə və getdiyi səfərlərə hazırlıq işlərinin görülməsini təmin etmək və zərurət yarandıqda həmin səfərlərdə protokol xidmətini həyata keçirmək;
  • Qonaqların qarşılanmasını, müşayiət olunmasını, yola salınmasını, qonaqların əyləşməsi və masa düzülüşünü ümumi qəbul olunmuş protokol qaydalarına uyğun olaraq həyata keçirmək;
  • Qurumun adından protokol yazışmalarının layihələrini hazırlamaq və digər protokol-təşkilati məsələlərin həllini təmin etmək;
  • Şöbəyə daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada müraciətləri cavablandırmaq.

Tələblər:

  • Beynəlxalq münasibətlər, beynəlxalq hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (Dövlət qurumlarında iş təcrübəsi olan bəy namizədlərə üstünlük verilir);
  • Səlis Azərbaycan dili, mükəmməl səviyyədə ingilis və ya rus dili biliyi;
  • Mükəmməl səviyyədə MS office proqramlarından istifadə bacarığı;
  • İşgüzar yazışmaların aparılması bacarığı;
  • Planlama və təşkiletmə bacarığı;
  • Təqdimetmə bacarığı;
  • Ünsiyyət bacarığı;
  • Problem həll etmə bacarığı.

Digər:

  • İş qrafiki: Həftəiçi 5 gün, 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00
  • İstirahət günləri: Şənbə və bazar günləri

Vakansiya üzrə müraciətin son tarixi: 24.06.2022

https://my.forms.app/form/62a88379bd94a175bb99dd2b