Avtokar sürücüsü

  • İnvestel Group
  • Elanın qoyulma tarixi: 02.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Müvafiq texnikanı idarə etmək üçün sertifikatı olmalı;
  • Avtokarın düzgün və təhlükəsiz idarə edilməsi üzrə bilik və bacarıqları olmalı;
  • Müvafiq sahə üzrə iş stajı olmalı;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməli;
  • Texnikanın mexaniki problemlərinin müəyyənləşdirilməsi və aradan qaldırılması bacarığına sahib olmalı.

Vəzifə funksiyaları:

  • Yüklərin təyinatı üzrə boşaldılması, daşınması, yerləşdirilməsi;
  • Avtokarın təhlükəsiz və səmərəli idarə edilməsinə görə məsuliyyət daşımaq;
  • İşin düzgün planlaşdırılması və verilən tapşırıqları vaxtında yerinə yetirmək;
  • Ona təhkim edilmiş texnikanı işlək və təmiz vəziyyətdə saxlamaq, istifadədən öncə texnikaya vizual baxış keçirmək, aşkar etdiyi bütün nasazlıqlar haqqında sahə rəisinə məlumat vermək;
  • Şirkətdaxili intizam qaydalarına əməl etmək.

İş yeri: Hökməli qəsəbəsi,Atyalı

Maaş: 600 AZN

İş təcrübəsi : ən azı 3 il iş təcrübəsi;

Yaş : 25-45

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü yerinə "Avtokar sürücüsü"yazaraq göndərmələri və yaxud göndərilməsi və yaxud +994555007673 nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur. Tələblərə cavab verən namizədlər  müsahibəyə dəvət olunacaq.

Email: [email protected]

İnvestel Group tərəfindən digər vakansiyalar