Baş Auditor

İşin təsviri

Vəzifə icmalı:

  • Təsdiq olunmuş İllik Audit Planına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrini həyata keçirir.
  • Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və korporativ idarəetmə proseslərinin effektivliyini qiymətləndirir.
  • Audit layihəsi çərçivəsində rəhbərlik etdiyi əməkdaşların işinə nəzarət edir.
  • Audit layihəsinin nəticələri barədə hesabatın hazırlanmasında iştirak edir.

Əsas funksional vəzifələr:

  • Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak etmək;
  • Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurlarının həyata keçirilməsini təmin etmək;
  • Audit layihələri üzrə hesabatlarının düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlamaq;
  • Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkət rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planının icrasının monitorinqini həyata keçirmək;
  • Daxili Audit Departamenti direktorunun tapşırığı ilə Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatlarının hazırlanmasında iştirak etmək;
  • Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;
  • İştirak etdiyi audit layihəsi çərçivəsində rəhbərlik etdiyi əməkdaşların işinin qiymətləndirilməsində iştirak etmək;
  • Layihə rəhbəri və ya Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.

Bilik, bacarıqlar və təcrübə: 

  • Ali iqtisadi və ya hüquqi təhsil (ali təhsil digər ixtisaslar üzrə olduqda əlaqədar sahələrdə minimum dörd illik təcrübə);
  • Müvafiq iş təcrübəsi: 3 ildən artıq audit funksiyasında;
  • Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
  • Daxili prosedurlar, Şirkət tərəfindən təklif edilən məhsullar və həmin prosedurlara/məhsullara edilmiş dəyişikliklər haqda məlumatlı olmaq;
  • Şirkətin fəaliyyət sahəsini tənzimləyən dövlət icra orqanının tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması;
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
  • Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları xüsusi audit proqram təminatı üzrə) ilə işləmək bacarığı.
  • Ezamiyyələrdə iştirak etmək imkanı.
  • Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli.

Maraqlananlar CV-lərini elektron ünvanına 02.07.2022-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Baş Auditor” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

Email: [email protected]

İşəgötürənin reytinqi