Xadimə

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Təhkim olunduqları mərtəbələrdə tələb olunan təmizlik funksiyalarının, o cümlədən süpürmə, tozun alınması, tozsoranla təmizləmə işlərinin həyata keçirilməsi; 
  • Mətbəxin və mətbəx avadanlıqlarının daim təmiz vəziyyətdə saxlamaqla idarə edilməsi; 
  • Səthlərin, o cümlədən, döşəmələrin, mebellərin, divarların, qapıların, döşəmə xalçaların təmizlənməsi;
  • Otaqların, mətbəxlərin və tualetlərin təmiz və gigiyena tələblərinə uyğun saxlanılması, mətbəx, sanitar qovşaqların, xidməti otaqların, dəhliz və s. kimi ümumi sahələrin gigiyenik vəziyyətinə nəzarət edilməsi;
  • İstifadə olunan təmizlik avadanlıqlarının vaxtında təmizlənməsi;
  • Ehtiyac olduqda və məzuniyyətlər dövründə digər mərtəbədəki xadimənin əvəz edilməsi. 

Tələblər:

  • Müfaviq sahə üzrə ən azı 1-2 illik iş təcrübəsi

Səriştələr:

  • Məsuliyyətli
  • Etibarlı
  • Dürüst
  • Ünsiyyətcil

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında; 
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

 

https://hr.mktcotton.com/az/job/xadime+1?sources=Jobsearch.az

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.

MKT İstehsalat Kommersiya MMC tərəfindən digər vakansiyalar