Hotel müdiri (Menecer)

  • CenterHotel
  • Elanın qoyulma tarixi: 30.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifələr:

  • Qonaq məmuniyyətini təmin etmək;
  • Şöbələrin işinə  nəzarət  etmək ; 
  • Obyektin və avadanlıqların yaxşı saxlanmasını təmin etmək üçün hotelin gündəlik fəaliyyətinə nəzarət etmək;
  • Satış proqramını hazırlamalı;
  • Maliyyə və inzibati sənədlərin saxlanılmasına nəzarət etmək;
  • Otaq qiymətlərinin gündəlik müəyyənləşdirilməsi ;
  • Resepşnin fəaliyyətinin əlaqələndirilməsi;
  • İşçilərin işə götürülməsi və  işdən  çıxarılması;
  • Şöbələrin büdcələrinin izlənməsi;
  • Qanunvericiliklə üzərinə düşən digər vəzifələrin yerinə yetirilməsi.

Namizədə tələblər:

  • Ali təhsilli (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
  • Hotel sahəsində minimum 10 il  iş təcrübəsi  olmalı; 
  • Satış müdiri və Menecer kimi minimum 5 il iş  təcrübəsi olanlara üstünlük verilir;
  • Ərəb ölkələri, İsrail və Rusiyalı turistlərlə işləmək bacarığı olmalı;
  • Turizm firmaları və agentlikləri ilə iş birliyi olmalı və ya iş birliyi qurma bacarığı olmalı; 
  • Fəaliyyət göstərdiyi sektorda yer alan rəqib hotelləri analiz edə bilməli;
  • Satış bacarığını və bilgilərini inkişaf etdirmək;
  • Hotel  fəaliyyəti  ilə  əlaqədar  bütün qayda  və qanunları bilməli; 
  • Ciddi, kollektivdə işləmə bacarığı və idarəetmə qabiliyyəti yüksək səviyyədə olmalı; 
  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı olmalı;
  • Dil bilikləri: Azərbaycan dili,  İngilis  dili, Rus dili (yazmaq, oxumaq  və   danışmaq   mükəmməl  səviyyədə)
  • Məsuliyyətli, stressədavamlı 

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Həftədə  6 iş günü, 12 saatlıq  iş  qrafiki   09.00 –dan  21.00-dək, 1 gün  istirahət  günüdür;

Əmək haqqı razılaşma yolu ilə (Təcrübə və idarəetmə qabiliyyəti nəzərə alınmaqla)

Qeyd: iş yeri Bakı şəhərində, mərkəzdə yerləşir.

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “ Müdir ” qeyd edərək  öz CV-lərini mükəmməl şəkildə [email protected] email ünvanına göndərməyiniz xahiş olunur.

CenterHotel tərəfindən digər vakansiyalar