Qəbuledici

İşin təsviri

Vəzifələr:

  • Servisə daxil olan avtomobillərin qəbulu və müştərinin müraciətinə uyğun olaraq müvafiq təmir bölməsinə yönləndirilməsi;
  • Servisə qəbul olunmuş avtomobillərdə texniki nasazlığın müəyyənləşdirilməsi;
  • Avtomobilin təmirinin icrasına nəzarət;
  • Təmirdən sonra avtomobilə son texniki baxışın keçirilməsi, avtomobilin müştəriyə təhvil verilməsi;

Tələblər:

  • Ali təhsil ( ali texniki təhsili olanlara üstünlük veriləcəkdir)
  • Yaş: 23-35;
  • Müvafiq sahədə  3 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dilini səlist (rus və ingilis dillərini bilənə üstünlük veriləcəkdir)
  • Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurma bacarığı;
  • Əməyin mühafizəsinin qayda və normalarını bilmək;
  • Avtonəqliyyat vasitələrinin və təmir avadanlıqlarının texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri və istismarı qaydaları haqda geniş bilgiyə malik olmaq.

Əlavə məlumat:

  • İş günləri: həftədə 5 gün 
  • İş saatı: 09:00-18:00
  • Əmək haqqı: 700-1000 AZN
  • Əlavə olaraq xidmət göstərilmiş avtomobillərə görə bonuslar 300-500 AZN

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini  məktubun mövzu hissəsində “Qəbuledici” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]