Keyfiyyət İdarəetmə Sistemi üzrə Mütəxəssis

  • Azertexnolayn
  • Elanın qoyulma tarixi: 24.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyası: 

  • İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemiylə bağlı şirkətin normativ sənədlərini yeniləmək və zəruri sənədləri hazırlamaq;
  • Şirkətin struktur bölmələrində KİS və EMS üzrə daxili proseduraların tətbiqinə nəzarət etmək,
  • KİS-lə əlaqədar daxili təlimlərin keçirilməsi və tədrisin qiymətləndirilməsi;
  • Təlimatların, iş axını sxemlərin, nəzarət kartların  hazırlanması və razılaşdırlmasını təmin etmək;
  • İSO 9001:2015/EMS üzrə siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasını təşkil etmək;
  • Şirkətin struktur bölmələrinin İSO 9001:2015/EMS idarəetmə sistemi üzrə  daxili auditlərinin aparılması;
  • İSO 9001:2015/EMS prosesləri, prosedurları və qaydalarını şirkətin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə iştirak etmək;
  • Ümumi risklərin qiymətləndirilməsi və imkanların təhlili;
  • Yeni normativ və standartların tətbiqi ilə bağlı vaxtı-vaxtında zəruri olan tədbirlərin həyata keçirilməsi;
  • Təlimatların yerinə yetirilməsini nəzarət altında saxlamaq;
  • Uyğunsuzluğun təhlilində iştirak etmək;
  • Keyfiyyət idarəetmə sisteminə aid sənədlərin dövri olaraq adekvatlığını yoxlamaq, aktuallığını qismən və ya tamamilə itirmiş sənədlərə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı şöbə müdirinə təkliflər vermək, qüvvədə olmayan sənədlərin istifadə olunmasına nəzarət etmək.

Namizədə tələblər: 

  • Ali təhsilli;
  • Bu sahə üzrə minimum 2 il təcrübə;
  • Keyfiyyətin İdarəedilməsi Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 9001:2015 sertifikatlara malik olması);
  • İSO 9001 üzre baş auditor sertifikatı olanlara üstünlük veriləcək;
  • Azərbaycan dilini mükəmməl bilmək, İngilis və Rus dillərini bilmək arzuolunandır;
  • Microsoft Office proqramlarını əla səviyyədə bilməli;
  • Komandada işləmək bacarığına sahib olmalı;
  • Yüksək ünsiyyət və analitik düşünmə bacarığı;
  • İşbitirici olmalıdır.

Təminatlar:

  • Nahar və servis şirkət tərəfindən verilir;
  • Korporativ nömrə ilə təmin edilmə;
  • İş qrafiki 09:00-dan 18:00-a dək (həftə içi 5 gün) 
  • Şənbə və bazar istirahət 

Tələblərə uyğun gələn namizədlər  CV-lərini “KİS üzrə mütəxəssis”  başlığı altında qeyd edərək göndərmələri xahiş olunur