Mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Maliyyə hesabatlarının tərtib edilməsi,
  • Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edilməsi,
  • Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil edir,
  • Aylıq və rüblük hesabatların tərtib edilməsi,
  • Vergi, DSMF hesabatlarının, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi,
  • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması,
  • Balans, avans hesabatının aparılmasını təmin etmək,
  • Debitor və kreditor hesablaşmalarına ciddi nəzarət olunması,
  • Online kargüzarlıq və e- qaime portallardan istifadə etmə bacarığı,
  • Gündəlik əməliyyatların (invoysların, elektron qaimə-fakturaların, elektron vergi hesab-fakturaların, ödəniş tapşırıqlarının hazırlanması) həyata keçirilməsi
  • Bank hesablarının açılması və bank hesabı vasitəsilə köçürülmələrin aparılması
  • İşçilərin işə qəbul, işdən çıxma, başqa işə keçirilmə, məzuniyyət, xəstəlik, ezamiyyə və digər müvafiq əmrlərin sənədləşdirilməsi
  • Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil (Təcrübəli şəxslərə üstünlük veriləcəkdir),
  • Göstərilən sahə üzrə ən az 2 il mühasibatlıq sahəsində iş təcrübəsi,
  • Məsuliyyətli və işində dəqiqlik,
  • Komandada işləmək bacarığı,
  • MS Office və 1C 8.2/8.3 proqramlarında işləmək bacarığı
  • Vergi Məcəlləsini bilməli,
  • Gömrük işlərindən anlayışı olmalı,
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli,
  • İnternet-banking üzrə lazımi əməliyyatların və ödənişlərin icra edə bilməli,
  • Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti.

İş qrafiki:

  • Həftə içi 5 gün saat 9:00-18:00.
  • Əməkhaqqı: 800 AZN,
  • Ünvan: Bakı şəh, Atatürk prospekti, Aral Plaza

Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Mühasib” yazaraq göndərə bilərlər

Əlaqə nömrəsi: 050-880-11-05

Email: [email protected]

Jurisaz tərəfindən digər vakansiyalar