Kondisionerləmə sistemləri üzrə usta-mütəxəssis

İşin təsviri

Vəzifələr:

  • Split və VRV (VRF) tipli kondisionerlərin təmiri
  • Split və VRV (VRF) tipli kondisionerlərin quraşdırılması və sazlanması
  • Kondisionerləmə sistemlərinə və avadanlıqlara texniki baxım xidmətlərinin göstərilməsi
  • Kondisionerləmə sistemlərinə və avadanlıqlara nasazlıqların aşkarlanması və müayinəsi
  • Müxtəlif müayinə və sınaq cihaz və alətlər vasitələri ilə işlərin icrası
  • Avadanlıqların dəyişdirilməsi üçün texniki tələblərin müəyyən edilməsi və təkliflərin verilməsi 
  • Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi
  • İşlər üzrə hesabatlılıq qaydalarına riayət edilməsi və müvafiq qeydiyyatların rəqəmsal formatda aparılması 
  • Digər müvafiq soyutma-isitmə sistemlərinin müayinəsi, yoxlaması, profilaktik və texniki baxım işlərin icrası

Tələblər:

  • Müvafiq sahədə 5+ il iş təcrübəsi
  • Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı 
  • Müvafiq sahə üzrə Ali və ya peşə təhsili (üstünlükdür)
  • Yaşayış və kommersiya ərazilərinə dair müvafiq standartlar və tələblər üzrə əsaslı biliklər
  • Müvafiq sahə üzrə təlimlərin olması (üstünlükdür)
  • Ölçmə, sınaq və digər alət-avadanlıqlarda istifadə etmə bacarığı
  • SƏTƏMM qaydaları haqda əsaslı biliklər

Xahiş olur CV-lərinizi Kondisionerləmə sistemləri üzrə usta-mütəxəssis başlığı altında [email protected]  e-mail ünvanına yollayasınız.

İşəgötürənin reytinqi