Marketinq menecer

  • Santral
  • Elanın qoyulma tarixi: 07.01.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət – “SANTRAL ELEKTRİK LTD” MMC
Vəzifə - Marketinq menecer

İşin təsviri:

-  Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi;
-  Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizi;
- Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
- Marketinq plan və layihələrinin məhsuldarlığının idarə edilməsi;
-  Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi;
-  Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi;
- Qiymət strategiyasının işlənib hazırlanması;
-  Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması;
-  Müştəri bazası, mövcud məhsul və xidmətlərin analiz prosesinin təşkilinə nəzarət  edilməsi;
-   Təşviq kampaniyalarının, reklamların sifarişinə, hazırlanmasına nəzarət edilməsi;
-  Məhsul və xidmətlərin inkişafına nəzarət edilməsi;
-  Yüksək səviyyəli müştəri xidmətlərinin tətbiqi layihələrin hazırlanması və həyata keçirilməsi;
-  Məhsul və xidmətlərin reklam və inkişafı işinin təşkil edilməsi;
-  Birbaşa rəhbərinin ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işlərin yerinə yetirilməsi;

Tələblər:

- Ali təhsili (iqtisadi, marketinq)
- Yaş həddi minimum 28
-  Marketinq sahəsində 3 ildən az olmayan təcrübə
- Kompyuter bilikləri – MS Office (əla)
- Dil bilikləri (rus, ingilis)
- Analitik və kreativ düşünmə tərzi, yüksək təqdimat  bacarığı, ünsiyyət qurma və danışıqlar aparmaq qabiliyyəti
İş şərtləri
- 6 günlük iş rejimi (9.00-18.00)
- Nahar şirkət hesabına
- Əmək haqqı kandidata görə təyin olunacaq

Maraqlanan şəxslərdən CV-lərini [email protected]- ünvanına  (“Marketinq menecer” göstərilməklə) göndərmələri xahiş olunur.
CV-lərin son qəbul tarixi: 08.02.2013