SMM mütəxəssis

  • Rashmed
  • Elanın qoyulma tarixi: 17.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyaları:

  • Məhsul və xidmətlər haqqında reklam xarakterli qrafik və video materialların hazırlanması.
  • Firmanın internet səhifəsində satılan məhsul məlumatları və media fayllarının yerləşdirilməsi.
  • Firmanın sosial şəbəkə hesablarından (Facebook, instagram, Youtube və s.) reklam xarakterli media məlumatların doğru auditoriyaya vaxtında çatdırılması.
  • Sosial şəbəkələr üzərindən kommunikasiyanın aparılması və aidiyyəti üzrə yönləndirilməsi.
  • Görülən işlər və nəticələri ilə bağlı hesabatların hazırlanması.
  • Tərəfdaşların təşkil etdiyi təlim, webinar və s. tədbirlərdə müştərilərin (sahə üzrə fəaliyyət göstərən həkimlər) iştirakının təmin edilməsi.

İş qrafiki: 10-18, altı günlük iş həftəsi

Vəd edirik: Əmək müqaviləsi, əməkdaşlıq etdiyimiz klinikada həkim və laborator müayinə qiymətlərində müəyyən güzəştlər (ailə üzvləri daxil).

Tələblər:

  • Təhsil səviyyəsi: Bakalavr
  • Dil bilikləri: İngilis dili – Üst orta səviyyə, Rus dili – Üst orta səviyyə.
  • Word, Excel, PowerPoint – çox mürəkkəb olmayan tapşırıqların icrası səviyyəsində.
  • Video və qrafik redaktor proqramları – çox mürəkkəb olmayan tapşırıqların icrası səviyyəsində.
  • Arzu olunan xüsusiyyətlər: Fotoşəkil və video çəkmək həvəsi, Dürüstlük, Məsuliyyət, İşgüzar peşəkarlıq,
  • Təşəbbüskarlıq.

Əmək haqqı: 500 AZN.

Email: [email protected]

Rashmed tərəfindən digər vakansiyalar