Beynəlxalq əlaqələr üzrə mütəxəssis/aparıcı mütəxəssis

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 15.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Beynəlxalq müqavilələrin və beynəlxalq təşkilatlar çərçivəsində qəbul olunmuş sənədlərin, habelə onlardan irəli gələn öhdəliklərin Müəssisənin fəaliyyət istiqamətləri üzrə ekspertizasının həyata keçirilməsində iştirak etmək;
  • Müəssisənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq tərəfdaşlarla görüşlər, seminarlar, konfranslar və digər tədbirlərin keçirilməsi məqsədilə təşkilati məsələləri  həll  etmək;
  • Beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə münasibətlərin qurulması və genişləndirilməsi istiqamətində tədbirlər görmək, əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasını təşkil etmək;
  • Beynəlxalq əlaqələr sahəsində normativ hüquqi aktların və sənədlərin layihələrinin hazırlanmasında, həmçinin Müəssisənin strukturları tərəfindən hazırlanmış normativ hüquqi aktların, təşkilati sərəncamverici sənədlərin layihələrinə dair təkliflər verilməsində iştirak etmək;
  • Müəssisənin strukturunun və fəaliyyətinin təşkili və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və fəaliyyətin təkmilləşdirilməsi istiqamətində şöbə müdirinə təkliflər təqdim etmək;
  • Xarici dövlətlərin müvafiq qurumlarından və beynəlxalq təşkilatlardan daxil olmuş müraciətlərə baxmaq və cavablandırmaq;
  • Xarici dillərdə daxil olan məlumatları tərcümə etmək və müvafiq qaydada rəhbərliyə təqdim etmək;

Tələblər:

  • Beynəlxalq münasibətlər,  beynəlxalq hüquq, politologiya, regionşünaslıq ixtisasları üzrə ali təhsil
  • Müvafiq sahə üzrə 2 il iş təcrübəsi
  • Mükəmməl səviyyədə Azərbaycan və rus dili biliyi, yaxşı səviyyədə ingilis dili biliyi
  • Yaxşı səviyyədə MS Office proqramlarından istifadə bacarığı
  • İşgüzar yazışmaların aparılması bacarığı
  • Analitik düşünmə bacarığı
  • Problem həlletmə bacarığı
  • Planlama və zamanın idarəolunması
  • Situativ qərarvermə

Digər:

  • Əmək haqqı: 1400 – 1700 AZN
  • İş qrafiki: Həftəiçi 5 gün, 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00
  • İstirahət günləri: Şənbə və bazar günləri

Vakansiya üzrə müraciətin son tarixi: 21.05.2022

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə e-poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Beynəlxalq əlaqələr üzrə mütəxəssis) qeyd edin.

 

Email: [email protected]