Sürücü

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Qalaq məhsulu daşıyan (arxa hissəsi çənli yarı qoşqu) yük maşınını təyinat məntəqəsinə əskiksiz, sağlam şəkildə və təhlükəsiz şəraitdə daşınması və müəyyən edilmiş vaxtlarda çatdırmalı
  • Qalaq məhsulu daşıyan (arxa hissəsi çənli yarı qoşqu) yük maşınında və orada olan əmlakın mühafizəsini təmin olunması üçün tədbirlər görməli, yük avtomobilini nəzarətsiz qoymamalı, salondan çıxma və dayanma zamanı qapıları açarla bağlamalı;
  • Təhkim olunan texnikanın texniki vəziyyətinə nəzarət etməli, onun təhlükəsiz istismarının təmini üçün müstəqil olaraq zəruri işləri yerinə yetirməli;
  • Avtomobilin yanacaqla və lazımi ehtiyat hissələri ilə təmin edilməsinin tələb edilməsi;
  • Avtomobilin təmiz saxlanılması;
  • Avtomobilin saz vəziyyətdə qalmasının təmin edilməsi;
  • Vaxtı-vaxtında yük avtomobilini texniki xidmətdən keçirməli;
  • İşin sonunda təhkim olunmuş yük avtomobilini şirkətin qarajına qoymalı;
  • Həvalə olunmuş texnikaya qayğı ilə yanaşmalı, yükvurma texnikasının, alətləri qaydasında və saz vəziyyətdə saxlamalı;
  • Xəttə çıxış yalnız sahə koordinatoru ilə yerinə yetirilməli;
  • Hər iş günü işə başlamazdan əvvəl texniki müayinədən keçilməsi;
  • Yol hərəkəti qaydalarını və yol xəritəsini yaxşı bilməli;
  • Danışıq və etika qaydalarına riayət edilməsi.

Tələblər:

  • B C E sürücülük kategoriyalarına malik olması. 
  • Yük daşımaçılıq üzrə ən azı 5 il sürücülük təcrübəsi 
  • Qalaq məhsullarının çənli yarı qoşqu yük maşınlarında daşıma təcrübəsi arzu olunandır

Əlavə məlumat:

  • İş yeri: Qaradağ rayonu
  • İş yerinə çatdırılma və nahar təmin olunur

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göndərməyiniz xahiş olunur.

Müraciət üçün son tarix: 25.05.22