Sürücü (yük avtomobili)

  • Fortis Group
  • Elanın qoyulma tarixi: 11.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Xırdalan şəhəri.

Namizədə tələblər:

  • Yaş həddi 25-55;
  • Müvafiq sürücülük vəsiqəsi və kateqoriyası ;
  • Müvafiq sahə üzrə iş təcrübəsi;
  • Fəal və ünsiyyət yaratmaq bacarığı olmalı;
  • Diqqətli və məsuliyyətli olmalı;

Əsas vəzifə öhdəlikləri:

  • Xəttə çıxış zamanı növbətçi mexaniklə birlikdə avtomobillərin aqreqat və mexanizmlərini yoxlamaq.
  • Avtomobildə təmir üçün lazım olan alətlər, tərtibatlar və qurğuların saz vəziyyətdə olmasını yoxlamaq. 
  • Nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı müvafiq təhlükəsizlik normalarına və qanunlara riayət etmək,  təhlükəsizlik tələblərinin yerinə yetirilməsini təmin etmək.
  • Hərəkət intensivliyindən asılı olaraq avtomobilin sürətini düzgün seçmək, yaşayış məntəqələrində sürət rejiminə və müvafiq qaydalara ciddi riayət etmək.
  • Nəqliyyat vasitəsinin təmizliyinə və səliqəsinə nəzarət etmək.
  • Nəqliyyat vasitəsinin texniki saz vəziyyətdə olması və komplektliyini yoxlamaq, o cümlədən əyləc sisteminin, sükan idarəsinin, qapıların, güzgülərin saz vəziyyətdə olduğuna əmin olmaq.
  • Nəzarət ölçü cihazlarının (spidometr, manometr, taxometr) işləməsinə diqqət yetirmək.
  • Nəqliyyat vasitəsi ilə daşıdığı yükün və ya hər hansı bir mal-materialın cavabdehliyini daşımaq.
  • Nəqliyyat vasitəsi ilə daşıdığı yükün və ya hər hansı bir mal-materialın sağlam şəkildə çatdırılmasını təmin etmək.
  • Hər hansı bir hadisə zamanı nəqliyyat vasitəsini operativ şəkildə idarə etmək. 
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • Nahar ilə təmin edilir.
  • İş yerinə servislə çatdırılır.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Sürücü (yük avtomobili)” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Email: [email protected]

İşəgötürənin reytinqi