Baş balıqşünas

İşin təsviri

Namizədə Tələblər:

  • Balıqşünaslıq üzrə ali təhsil;
  • Minimum 5 il iş təcrübəsi (arzuolunandır);
  • Azərbaycan dili, Rus dili;
  • Balıqyetişdirmə sahəsi üzrə təcrübə;
  •  Balıqçılıq və balıq saxlanılmasına aid yüksək bilik;
  • MS office proqramları;
  • Yüksək səviyyədə problem həll etmə və analiz bacarıqları, nəticəyə yönəlik fəaliyyət. 

Vəzifə üzrə öhdəliklər:

  • Balıqartırma və balıqyetişdirmənin texnoloji proseslərini və müddətlərini müəyyənləşdirir və qrafik üzrə təsdiq edir; 
  • İstehsalat proseslərinə, hazırlıq işlərinə nəzarət edir; 
  • Törədici balıqların kürü tökmə prosesinə hazırlığını təmin edir;
  • Törədici balıqların inyeksiya edilməsini təşkil edir;
  • Alınmış kürülərin mayalanması və inkubasiya edilməsi proseslərinə nəzarət edir;
  • Çıxmış sürfələrin yemlənməsini və nohurlara köçürülməsini təşkil edir və nohurlarda balıqların normativə uyğun yemlənməsinə nəzarət edir;
  • Əmtəə çəkisinə çatmış balıqların ovlanıb satışa göndərilməsini təşkil edir;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
  • İş yeri: Region
  • Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır

Vakansiyaya müraciət üçün CV-ləri “Baş balıqşünas” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur. 

İşəgötürənin reytinqi