Aparıcı mühasib

  • USG MMC
  • Elanın qoyulma tarixi: 18.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
  • Mühasibatlıq sahəsində 4-5 ildən artıq iş təcrübəsi
  • Excel və 1C 8.3 proqramında işləmək bacarığı.
  • Dil bilikləri: Azərbaycan, rus və türk dilləri. 
  • Komandada işləmək bacarığı
  • Məsuliyyətli və işində dəqiq
  • Vergi Məcəlləsini bilməli

Vəzifə öhdəlikləri:

  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
  • Proqram üzrə mühasibat yazılışlarının verilməsi
  • Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
  • Mühasibat, Vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatların aparılması
  • Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
  • İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi 
  • Rəhbərlik tərəfindən verilən tapşırıqlar vaxtında yerinə yetirilməsi.

Əmək Haqqı: 1200 -1400 AZN

  • İş Qrafiki: 5 günlük iş həftəsi
  • Iş rejimi: 09:00 – 18:00
  • İstirahət günü: Şənbə, bazar günləri

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. 

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Aparıcı Mühasib” göstərməyiniz xahiş olunur.

Email: [email protected]

USG MMC tərəfindən digər vakansiyalar