Marketinq menecer

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 16.12.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“AAC” MMC 2011-ci ilin dekabr ayının 26-da Cənab Prezident İlham Əliyevin iştirkaı ilə rəsmi fəaliyyətə başlamış  Müasir tikinti materialları zavududur. “Synergy Groupun” tərkibində törəmə şirkət olan  “AAC” MMC məsaməli beton blokları və əhəngin istehsalı ilə məşğuldur. Şirkət Qaradağ rayonunun Sənqaçal qəsəbəsində yerləşir. Təxmini 190 nəfərə yaxın işçi heyəti olan  şirkət işçilərini işə gəlmək üçün nəqliyyat vasitəsilə, həmçinin nahar, həyat sığortası və tibbi sığorta ilə təmin edir.

Vəzifə: Marketinq menecer

VƏZİFƏLƏRİ :

• Bütün marketinq, reklam və stimullaşdırma heyətininin və tədbirlərinin idarə olunması və əlaqələndirilməsinin həyata keçirilməsi;
• Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi;
• Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması;
• Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
• Marketinq plan və layihələrinin məhsuldarlığının idarə edilməsi;
• Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi;
• Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi;
• Qiymət strategiyasının işlənib hazırlanması;
• Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması;
• Müştəri bazası, mövcud məhsul və xidmətlərin analiz prosesinin təşkilinə nəzarət  edilməsi;
•  Reklamların sifarişinə, hazırlanmasına nəzarət edilməsi;
•  Məhsul və xidmətlərin inkişafına nəzarət edilməsi;
• Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələrin həyata keçirilməsi ;
• Məhsul və xidmətlərin reklam və inkişafı işinin təşkil edilməsi;
• Bir başa rəhbərinin ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işlərin yerinə yetirilməsi;
• Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi;
• Rəhbərlik etdiyi fəaliyyət sahəsinin işçiləri arasında iş bölgüsünü aparılması;
• Rəhbərlik etdiyi fəaliyyət sahəsinin işçiləri ilə fəaliyyət  dairəsinə aid olan məsələlərin müzakirə edilməsi, onların həll edilməsi üçün tapşırıqlar verilməsi;
• Rəhbərlik etdiyi işçilərin  işinə nəzarət edilməsi, onlardan verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmələrinin tələb edilməsi;
• Tabeliyində olan işçilərdən müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinin tələb edilməsi;
• Cəmiyyətdə mövcud olan daxili prosedur və qaydalara uyğun işlərin təşkil edilməsi.

TƏLƏBLƏR:

• Marketinq sahəsində ali təhsili
• 30-45 yaş
• Marketinq sahəsində 5 ildən az olmayan təcrübə
• Analitik və kreativ düşünmə tərzi
• Təqdim etmə bacarığı
• Proektlər və personalı idarəetmə bacarığı və təcrübəsi
• Ünsiyyət qurmaq və danışıqlar aparmaq
• MS Office-də işləmək bacarığı
• İngilis dili, Rus dilində sərbəst danışmaq bacarığı
             

Elaqə yaratmaq üçün email ünvanı [email protected]

Email göndərilərkən mövzu hissəsinə Marketinq menecer başlığı yazılmalıdır.