Büdcəyə nəzarət və maliyyə hesabatlılığı meneceri

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 16.12.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“AAC” MMC 2011-ci ilin dekabr ayının 26-da Cənab Prezident İlham Əliyevin iştirkaı ilə rəsmi fəaliyyətə başlamış  Müasir tikinti materialları zavududur. “Synergy Groupun” tərkibində törəmə şirkət olan  “AAC” MMC məsaməli beton blokları və əhəngin istehsalı ilə məşğuldur. Şirkət Qaradağ rayonunun Sənqaçal qəsəbəsində yerləşir. Təxmini 190 nəfərə yaxın işçi heyəti olan  şirkət işçilərini işə gəlmək üçün nəqliyyat vasitəsilə, həmçinin nahar, həyat sığortası və tibbi sığorta ilə təmin edir.

Vəzifə: Büdcəyə nəzarət və maliyyə hesabatlılığı meneceri

VƏZİFƏLƏRİ :

• Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətini planlaşdırmaq məqsədilə cəmiyyətin struktur bölmələrindən büdcə məlumatlarının alınması;
• Cəmiyyətin qiymət və satış siyasətinə uyğun olaraq alınmış məlumatların qiymətləndirilməsi;
• Xammal-material və xidmətlər üzrə mövcud bazar qiymətləri əsasında qiymətləndirmə aparılması və cəmiyyətin alış planı-büdcəsinin hazırlanması;
• İstehsalatdan alınmış plan əsasında xammal-material sərfiyyatı büdcəsinin planlaşdırılması;
• Plan İstehsal-qaimə xərclərinin qiymətləndirilməsi və optimal bölgüsünün həyata keçirilməsi;
• Pul vəsaitləri üzrə büdcənin tərtib edilməsi, cəmiyyətin üzləşə biləcəyi pul defisiti ilə bağlı maliyyələşmə mənbələrinin müəyyən edilməsi;
• Plan satış və alış məlumatları əsasında proqnoz maliyyə hesabatlarının tərtib edilməsi;
• Maliyyə hesabatlarının və maliyyə təhlili nəticələrinin  maliyyə analitikindən alınması;
• Proqnoz büdcə, maliyyə hesabatlarını hesabat ayı məlumatları ilə müqayisə etməklə büdcənin icrasına nəzarət edilməsi;
• Kənarlaşmalar barədə müvafiq struktur bölmələrinin xəbərdar edilməsi, büdcəyə düzəlişlərin həyata keçirilməsi;
• Cəmiyyətin xarici bazarlara çıxmaq və ya investisiyalar üzrə yeni lahiyələrə qoşulmaq və s. məqsədlər üzrə strateji inkişaf və maliyyə planının, biznes planın hazırlanması və təqdim edilməsi;
• Cəmiyyətdə Beynəlxalq və Milli Maliyyə Standartların tətbiqinə icra işinin aparılması;
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

TƏLƏBLƏR:

• Ali təhsil
• 30-45 yaş
• Maliyyə, iqtisadi, mühəndis-iqtisadi və ya mühasib işində azı beş ilə yaxın staj
•  Aktivlik, kreativlik və analitik düşünmə qabiliyyəti
• Ünsiyyət qurmaq və danışıqlar aparmaq
• MS Office-də işləmək bacarığı
• İngilis dili, Rus dilində danışmaq bacarığı

Aşağıda göstərilən sahələr üzrə biliklərə malik olmalıdır:

• İstehsalat-təsərrüfat və maliyyə - iqtisadi fəaliyyətini tənzimləyən qanunverici və normativ-hüquqi aktları;
• Vergi, mülki, bank, inzibati, reklam, mühasibat uçotu və qiymətli kağızlar üzrə;
• Müəssisənin inkişaf perspektivləri;
• Maliyyə ehtiyatların bölünmə qaydası;                         

        
Əmək haqqı 2596 manat (Vergi və digər məcburi ödənişlər daxil olmaq şərtilə)

Elaqə yaratmaq üçün email ünvanı [email protected]

Email göndərilərkən mövzu hissəsinə Büdcəyə nəzarət və maliyyə hesabatlılığı meneceri başlığı yazılmalıdır.