Marketinq üzrə mütəxəssis

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 15.12.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“AAC” MMC 2011-ci ilin dekabr ayının 26-da Cənab Prezident İlham Əliyevin iştirkaı ilə rəsmi fəaliyyətə başlamış  Müasir tikinti materialları zavududur. “Synergy Groupun” tərkibində törəmə şirkət olan  “AAC” MMC məsaməli beton blokları və əhəngin istehsalı ilə məşğuldur. Şirkət Qaradağ rayonunun Sənqaçal qəsəbəsində yerləşir. Təxmini 190 nəfərə yaxın işçi heyəti olan  şirkət işçilərini işə gəlmək üçün nəqliyyat vasitəsilə, həmçinin nahar, həyat sığortası və tibbi sığorta ilə təmin edir.

Vəzifə: Marketinq üzrə mütəxəssis

VƏZİFƏLƏRİ :

• Cəmiyyətin fəaliyyət göstərdiyi bazarın araşdırılması, bu sahədə tələb və təkliflərin analiz edilməsi və proqnozlar verilməsi;
• Cəmiyyətin fəaliyyəti ilə bağlı marketinq planın hazırlanmasında iştirak edilməsi;
• Cəmiyyətin fəaliyyət istiqaməti üzrə bazarda investisiyaların səmərəliliyinin qiymətləndirilməsi, o cümlədən kapitalın və aktivlərin gəlirliliyinin, balans rentabelliyinin, mənfəətlilik indeksi kimi göstəricilərin hesablanmasının həyata keçirilməsi;
• Cəmiyyətin məhsullarının satış mexanizminin hazırlanmasında iştirak edilməsi və satış həcminin proqnozlaşdırılması;
•  Marketinq planının hazırlanmasında və icrasında iştirak edilməsi;
• Marktinq planının icrasının və marketinq fəaliyyətinin effektivliyinin ölçülməsində iştirak edilməsi;
•  Marketinq büdcəsinin hazırlanmasında iştirak edilməsi;
• Reklam şirkətləri ilə danışıqların təşkil edilməsi;
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

TƏLƏBLƏR:

• 25-35 yaş
• 3 ildən artıq bu sahədə staj
• MS Office
• İngilis dili, Rus dili
             

Elaqə yaratmaq üçün email ünvanı [email protected]

Email göndərilərkən mövzu hissəsinə Marketinq üzrə mütəxəssis başlığı yazılmalıdır.