Əmək haqqı və Kreditorlar üzrə mühasib

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 15.12.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“AAC” MMC 2011-ci ilin dekabr ayının 26-da Cənab Prezident İlham Əliyevin iştirkaı ilə rəsmi fəaliyyətə başlamış  Müasir tikinti materialları zavududur. “Synergy Groupun” tərkibində törəmə şirkət olan  “AAC” MMC məsaməli beton blokları və əhəngin istehsalı ilə məşğuldur. Şirkət Qaradağ rayonunun Sənqaçal qəsəbəsində yerləşir. Təxmini 190 nəfərə yaxın işçi heyəti olan  şirkət işçilərini işə gəlmək üçün nəqliyyat vasitəsilə, həmçinin nahar, həyat sığortası və tibbi sığorta ilə təmin edir.


Vəzifə: Əmək haqqı və Kreditorlar üzrə mühasib

VƏZİFƏLƏRİ :

• Hesabat ayı bitdikdən  sonra əmək haqqının hesablanması məqsədilə hər bir struktur bölmə üzrə işçilərin işə davamiyyət cədvəlinin, məzuniyyət, işə qəbul və azad olma və s. əmr və digər icra sənədlərinin, eləcə də xəstəlik vərəqələrinin (tabel) İnsan resursları üzrə mütəxəssisdən alınması;
• Alınmış sənədlərin düzgün tərtib olunmasının və 1C 8 proqramında uyğun işlənilməsinin yoxlanılması;
• Hesablama üzrə 1C 7 proqramında müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
• Digər hesablaşma sənədlərinin (xəstəlik vərəqələri, sair müavinət və s.) dövlət orqanı (DSMF, sosial müdafiə mərkəzi) tərəfindən ödənilməsini təmin etmək üçün lazımi ilkin sənədləşmənin tərtib edilməsi;
• Hesabat ayı üzrə müvafiq dövlət strukturlarına (DSMF, statistika idarəsi və s.) təqdim olunası hesabatların hazırlanması;
• Kreditorlar üzrə aylıq dövriyyələrin və qalıqların 1C proqramı (hər iki versiya) üzrə yoxlanılması, proqramdan çap edilməsi və hesabat şəklində imzalamaqla hesabat ayı bitdikdən sonra 5 gün müddətində baş mühasibə təqdim edilməsi;
• Hesabat ayı bitdikdən sonra növbəti ayın 15-dən gec olmayaraq ƏDV bəyannaməsi, rüb  bitdikdən sonrakı  ayın 15-dən gec olmayaraq mənbədən vergi bəyannaməsi üzrə lazımi məlumatların hazırlanması və yoxlanılıb bəyannamə hazırlanması üçün baş mühasibə təqdim edilməsi;
• Büdcə ilə hesablaşmaların vəziyyətinə nəzarət edilməsi, şəxsi vərəqənin daim izlənilməsi, uyğunsuzluqlar üzrə şəxsi vərəqəyə kameral işlənmələrin səbəbinin araşdırılması və lazım gəldikdə mühasibat arayışı, vergi orqanı tərəfindən verilən kameral məktublara cavab hazırlayıb Baş mühasibə təqdim edilməsi və müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

TƏLƏBLƏR:

• 25-35 yaş
• 3 ildən artıq bu sahədə staj
• MS Office
             
Elaqə yaratmaq üçün email ünvanı [email protected]

Email göndərilərkən mövzu hissəsinə Əməh haqqı və kreditorlar üzrə mühasib başlığı yazılmalıdır.