Qrafik dizayn üzrə böyük mütəxəssis

  • Saffron Group
  • Elanın qoyulma tarixi: 12.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş öhdəlikləri:

  • Verilən məlumatlar və materiallar əsasında dizayn konseptlərini hazırlamaq;
  • Loqo, flayer, veb səhifə, sosial media və digər kommunikasiya kanalları üçün dizaynları hazırlanmaq;
  • Tapşırıqların düzgün yerinə yetirilməsi, doğru təqdimetmə və şirkət standardlarına uyğun olması üçün menecerlərlə konsultasiya aparmaq;
  • Tədbirlər və xüsusi günlərdə sosial mediada paylaşımlar üçün dizaynları hazırlamaq;
  • Çap üçün dizaynları hazırlamaq.

Əsas tələblər:

  • Adobe Creative Suite (Photoshop, Illustrator, InDesign) - əla səviyyədə, Adobe Premier, After Effects istifadə təcrübəsi əlavə üstünlükdür;
  • Reklam agentliyi, dijital agentlik və ya şirkətdaxili komandada 2 ildən çox qrafik/motion dizayner təcrübəsi;
  • Sayt, sosial media, bilboard, promo materiallar və digər marketinq kanalları üçün dizayn hazırlama bacarığı və təcrübəsi;
  • Brend qaydaları çərçivəsində kreativ həll yaratma bacarığı;
  • Effektiv zaman idarə etmə, planlaşdırma;
  • Bir neçə tapşırığın eyni anda idarə edilməsi.

Bu vakansiya yalnız Azərbaycan vətandaşlığı olan şəxslər üçündür.

Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) elektron ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə 30.04.2022-ci il tarixinədək göndərə bilərlər. 

Mövzu bölməsində vakansiyanın adını qeyd etmədiyiniz təqdirdə sizin tərcümeyi-halınız (CV) nəzərdən keçirilməyə bilər.

Email: [email protected]