Mikrokreditlər bölməsinin Mütəxəssisi / Aparıcı / Baş mütəxəssisi (Zaqatala)

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 11.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirmək;
  • Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat vermək;
  • Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparmaq;
  • Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
  • Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlamaq;
  • Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra etmək;
  • İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin etmək
  • Görülmüş işlər üzrə hesabatlar vermək.

Tələblər:

  • Ali təhsil (İqtisadi təhsili olanlara üstünlük verilir);
  • Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
  • Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
  • Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri;
  • Tələb olunan sahə üzrə iş stajı təklif edilən vəzifəyə görə dəyişir.

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

İşəgötürənin reytinqi