Baş Mühasib

  • Betta
  • Elanın qoyulma tarixi: 06.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Baş Mühasib Baş Direktora tabe olmalı və görülmüş işlər barədə onun qarşısında hesabat verməli.
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat hesabında düzgün əks etdirilməsini təmin etməli.
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etməli.   
  • Maliyyə hesabatlarının beynəlxalq standartlara əsasən hazırlanması (Profit and loss statement, cash flow statement, balance sheet and etc)
  • Müştərilərdən köçürmə yolu ilə şirkətin hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək, gündəlik bank qalığının yoxlanılmasına nəzarət etməli.
  • Şirkətin fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etməli.
  • Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin köçürülməsini həyata keçirməli.
  • Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamalı, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etməli, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirməli.
  • Aşkar olunan nöqsanları mümkün olduğu halda dərhal yerində həll etməyə çalışmalı.
  • Mühasibat məlumatlarını 1C bazasına vaxtı vaxtında işləməli, Vergilər Nazirliyinə və DSMF-na təqdim edilən bəyannamələr və hesabatların düzgünlüyünü yoxlamalı.
  • Şirkətlərlə bağlanan Müqavilələrinin, invoysların və digər maliyyə sənədlərin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və nəzarət edilməsi
  • Borcların təhlili və sifarişçilərlə borcların bağlanmasına dair qabağlayıcı tədbirlərin görülməsi
  • Tender və Təchizat proseslərinində iştirak etmək və gedişi haqqında hesabatların hazırlanması
  • Əmək haqqının tabellər və digər qeydiyyat sənədləri ilə müqaisəsi və dəqiqliklə AR Əmək Məcəlləsinə uyğun hesablanması və köçürülməsi.
  • Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyi məlumatlandırmalı və həlli barədə məsləhətlər verməli.

Namizədə tələblər:

  • Ali təhsilli
  • Dil bilikləri: Azərbaycan dili, İngilis dili
  • Ən azı bu sahədə 3 il təcrübəsi olmalı
  • Analitik düşüncəyə malik olmalı
  • Verilmiş tapşırıqları vaxtında icra etmək bacarığına malik olmalı.

İş şəraiti:

  • İş rejimi - 5 günlük (09:00-18:00)
  • Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir.
  • Əmək haqqı razılaşma əsasında müəyyən olunacaqdır.

Maraqlanan şəxslər öz CV formalarını " Maliyyə Məsələləri üzrə Mütəxəssis " başlığı ilə email ünvanına göndərə bilərlər.

Betta tərəfindən digər vakansiyalar