Middle Front-end Proqramçı

  • PASHA Insurance
  • Elanın qoyulma tarixi: 07.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və Öhdəliklər:

  • Veb layihələrin və saytların tərtibatının hazırlanması
  • Layihələr üçün yeni səhifələrin hazırlanması, əlavə və dəyişikliklərin edilməsi
  • Mövcud scriptlərdə dəyişikliklərin edilməsi
  • Mövcud saytlara və xüsusi veb formalara əlavələrin edilməsi və onların təkmilləşdirilməsi
  • Veb proqram təminatının işinin optimallaşdırılması
  • Yazılan kodların test edilməsi, yaranan problemlərin analiz edilməsi və aradan qaldırılması
  • Proqram təminatı istifadəçisindən daxil olan tələblərin təhlil edilməsi və problemin həll olunması
  • Proqram layihələrinin hazırlanması üzrə texniki normaların, standartların və tələblərin müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında iştirak etmək
  • Vəzifəsi üzrə rəhbəri tərəfindən verilən tapşırıqları yerinə yetirmək

Təhsil və ixtisas tələbləri:

  • Kompüter mühəndisliyi və ya bənzəri ixtisasa dair ali təhsili olanlara üstünlük verilir 

İş təcrübəsi:

  • Müvafiq sahə üzrə minimum 2 il

Bilik və bacarıqlar:

Gərəklidir:

  • HTML/CSS, Javascript, Typescript üzrə dərin biliklər
  • Frontend  framework-larının (Angular, React, Vue) birində yaxşı biliklər
  • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq
  • REST API ilə iş təcrübəsi
  • Bootstrap, Material Design
  • Package managers (npm, yarn)
  • Gulp, Webpack
  • Git / TFS

Üstünlük verilir:

  • Angular, NGRX üzrə dərin biliklər
  • Unit Testing bacarıqları
  • Backend təcrübəsi

Xarici dil bilikləri:

  • İngilis dilində texniki ədəbiyyatı oxuma bacarığı, sənədlərin və öz məhsullarına aid təlimatları yazma bacarığı, baza səviyyəsində ünsiyyət və dili anlama bacarığı

Son müraciət tarixi: 22 aprel 2022-ci il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə [email protected] CV-nizi göndərin.

İşəgötürənin reytinqi