İşin təsviri
Namizədin vəzifə öhdəlikləri:
- Arxiv otaqlarının yaradılması, sənədlərin düzgün qaydada çeşidlənməsi və saxlanması
- Elektron arxivin yaradılması, sənədlərin scan edilməsi və arxiv fayllarına yerləşdirilməsi
- Gündəlik sənəd dövriyyəsinin qeydiyyatı və təşkili, kuryer xidmətləri ilə çalışma, sənədlərin göndərilməsi va təhvil alınması
- Qəbul olunan zərflərin, üzərində qeyd edilən əməkdaşlara məlumat verilməsi, rəhbər heyətinə təhvil verilməsi
- Görülən işə aid hesabatın hazırlanması və rəhbərə təqdim edilməsi
Namizədə tələblər:
- Ali təhsil
- Uyğun sahədə 1-2 il təcrübə
- Səlis Azərbaycan dili, İngilis və Rus dili isə arzu olunandır
- MS Office proqramlarında yaxşı istifadəçi bacarığı
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Arxiv və sənəd dövriyyəsi üzrə mütəxəssis” qeyd etməklə [email protected] göndərə bilərsiniz