Təmir mexaniki (Bərdə)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • “MKT-İK” MMC-nin Regionlarda yerləşən filialların mexanizasiya şöbəsinə funksional yardım edir;
  • Filiallarda olan kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini təmin edir, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin olunmasına nəzarət edir;
  • Filiallarda kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin təmiri üçün lazım olan ehtiyyat hissələrinin sifarişini planlaşdırılmasında yardımçı olur və toplu təminatın bölgüsünün icrasına yardım edir;
  • İndividual sifarişlərə yardım edir;
  • Ehtiyat hissələrinin filiallar arası, ehtiyac olduqda filial daxili transferinə yardım edir;
  • Cəmiyyət tərəfindən tətbiq edilən aiddiyyatlı bütün daxili təlimatların, prosedurların və normativ aktların yerlərdə icra edilməsini təmin edir və sonrakı dövrlərdə bu işə nəzarət edir; Filiallarda olan texniki sənədləşməyə yardım edir;
  • Filiallarda təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsinə texniki yardımı edir;
  • Filiallarda olan texnika və avadanlıqların saxlanca qədər, saxlanc və saxlancdan sonrakı proseslərinə texniki yardımı həyata keçirir;
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir;
  • Filiallarda avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər verir, yeni texnologiyaların tətbiqinə kömək edir;  
  • Regional servis mərkəzlərində texnikaların və avadanlıqların təmirini edir;
  • Təmir qruplarının fəaliyyətində iştirak edir;
  • Servisdə təmir üçün tələb olunan ehtiyat hissələrini müəyyən edir;
  • Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətinə uyğun digər işlərin həyata keçirilməsi.

Tələblər:

  • Sahə üzrə texniki biliklər;
  • Elektron və çap kataloqlarla işləmə bacarığı;
  • Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını və təmir metodlarını bilməlidir;
  • MS Windows, MS Office (Word, Excell), Outlook proqramlarında sərbəst işləmək bacarığı;
  • Ali təhsil;
  • Müvafiq sahə üzrə ən az 5 illik iş təcrübəsi;
  • Rus dili bilməsi arzuolunandır.

Səriştələr:

  • Məsuliyyətli;
  • Şəxsi inkişafa meylli;
  • Pozitiv;
  • Özünütəşkiletmə qabiliyyəti;
  • Nailiyyət yönümlülük;
  • Etibarlılıq;
  • Dürüstlük.

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında; 
  • İş qrafiki:  Altı günlük iş həftəsi
  • İş yeri: Bərdə MKT İK MMC
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.

https://hr.mktcotton.com/job/temir+mexaniki+berde+1?sources=Jobsearch.az

MKT İstehsalat Kommersiya MMC tərəfindən digər vakansiyalar