Avtomobil ustası (Bərdə)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Avtomobil ustası avtomobil hissələrinin sökülməsiəmiri\quraşdırma üzrə işləri yerinə yetirir;
  • Avtomobil detalların, mexanizmlərin, hissələrin bərpası və dəyişdirilməsi; 
  • Avtomobil istismarı və təmir prosesində yoxlanması zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması;
  • Mexaniklərin nəzarəti altında dəqiqlik və səmərəliliyin yoxlanması, təmir edilmiş avtomobilin sınaqdan keçirilməsi və təhvil verilməsi;
  • Avtomobilin düzgün işlədiyinə əmin olmaq məqsədi ilə son təmizləmə, yağlama və bərkitmə işləri aparmaq;
  • Qurğular, alətlər və avadanlıqları ərazi və müəssisə prosedurlarına uyğun şəkildə saxlamaq və yerləşdirmək;
  • Fərdi  mühafizə  vasitələrindən  istifadə  qaydalarını  bilməli;
  • İş yerində yanğın təhlükəsi yarada biləcək əşya və predmetləri uzaqlaşdırmaq;
  • İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək; 
  • İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək;
  • İşdən əvvəl müvafiq təlimatlardan istifadə etmək və işə hazırlaşmaq: 
  • İş üçün lazım olan alət və avandalıqların nasazlıqlarını və ya istismar qüsurlarını yoxlamaq;
  • İş vaxtının sonunda elektrik cərəyanına birləşdirilən bütün avadanlıqları cərəyandan ayırmaqla iş yerini təmizləmək;
  • Bütün daxili prosedur,təlimat və  qaydalara riayət etmək;
  • Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətinə uyğun digər işlərin həyata keçirilməsi.

Tələblər:

  • Sahə üzrə texniki biliklər;
  • Avtomobilin ayrı-ayrı hissələrin sökülməsi üzrə işlərin yerinə yetirilməsinin əsas yollarını bilmək;
  • İstifadə edilən təmir və kontrol-ölçü alətlərinin təyinatı və tətbiqi qaydasını bilmək;
  • Metalların, yağların, yanacağın, texniki mayelərin tərkiblərin adlarını və markalanmasını bilmək;
  • Hissələrin quraşdırılması qaydasını bilmək;
  • Bərkitmə işlərinin yerinə yetirilməsi üsullarını və birinci və ikinci texniki xidmətin həcmlərini bilmək;
  • Qüsurluluq parametrlərini bilmək;
  • Detal və hissələrin bərpa üsullarını, avtomobilin işləyən hissələri, detalları üçün yol verilən yükləri, sınma və qəzaların qarşısının alınması üzrə profilaktik tədbirləri, təcrübədən keçməsi və təhvil verilməsinin texniki şərtlərini bilmək.
  • Kollec; texnikum; peşə məktəbi təhsili;
  • Ən azı 2 illik iş təcrübəsi.
  • Bərdə rayonunda yaşayan şəxs olmalıdır.

Səriştələr:

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı 450 AZN-dən başyaraq; 
  • İş qrafiki:  Altı günlük iş həftəsi
  • İş yeri: Bərdə MKT İK MMC
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz:

https://hr.mktcotton.com/job/avtomobil+ustasi+1?sources=Jobsearh.az