İbtidai sinif müəllimi

İşin təsviri

İş rejimi: 08:30-16:30 (həftədə 36 saat)

Tələb olunan təhsil səviyyəsi:

  • İbtidai sinif müəllimliyi ixtisası üzrə bakalavr dərəcəsi;
  • Magistratura dərəcəsi üstünlük hesab edilir.

Tələb olunan biliklər:

  • Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları (kurikulumları)” üzrə;
  • Şagird mərkəzli müasir pedaqoji yanaşmalar haqqında;
  • Effektiv təlim strategiyaları;
  • Sinfin effektiv idarəolunması, şagird davranışının idarəolunması ilə bağlı nəzəri-praktiki;
  • İKT, MS Office və müasir təlim texnologiyaları;
  • Yüksək səviyyədə Azərbaycan dili (C2) və Rus dili (C1) yazılı və şifahi dil bilikləri.

Tələb olunan səriştəliklər:

  • Kritik düşünmə;
  • Problem həll etmə;
  • Özünü motivə etmə və öyrənmə;
  • Əməkdaşlıq;
  • Ədalətlilik və məsuliyyətlilik;
  • Koçluq, yetişdirmə və inkişaf etdirmə;
  • Məntiqi təffəkkür;
  • Planlaşdırma və təşkil etmə.

Tələb olunan bacarıqlar:

  • Uşaqlarla səmərəli ünsiyyət qurma, işləmə və oynama;
  • Zamanın səmərəli idarəolunması;
  • Şagird ehtiyaclarını müəyyənləşdirə və fərdiləşdirə bilmə;
  • Effektiv dərs planlaşdırma;
  • Müxtəlif öyrətmə strategiyalarından və yeni texnoloji alət və vasitələrdən səmərəli istifadə edə bilmə;
  • Özü və şagirdləri ilə refleksiya apara bilmə.

Əsas vəzifə öhdəlikləri:

İbtidia sinif müəllimi kimi fəaliyyət göstərəcək şəxsin əsas funksiyası şagirdlərin “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-nin missiya*, əsas dəyərləri və şagird profili ilə müəyyənləşdirilən xüsusiyyətlərə uyğun olaraq formalaşmasını həyata keçirmək məqsədi ilə şagirdlərin yaş səviyyəsini və öyrənmə vəziyyətini nəzərə almaqla, dərsin məzmununu və öyrətmə yollarını planlaşdırmaq və buna uyğun olaraq dərsi tədris etmək; müvafiq qiymətləndirmə metodunu müəyyən edib, tətbiq etmək və tətbiqin nəticələrini qiymətləndirmək; aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görmək; şagirdlərin hərtərəfli inkişafına töhfə vermək; təhsil və təlim çərçivəsində planlaşdırılan digər işlərdə iştirak etmək; məktəbin ümumi prinsipləri və qaydaları çərçivəsində valideynlərlə münasibətlər saxlamaq; şagirdlərə yemək və müxtəlif fəaliyyətlər (tədbirlər, məşqlər, ekskursiyalar və s.) zamanı sinifdənkənar yerlərdə nəzarət etmək; şagirdlərin özünəqulluq fəaliyyətlərinin öyrədilməsində iştirak etmək; özünəqulluq ehtiyacları ilə bağlı zəruri köməklik (paltarların dəyişdirilməsi, tualetə aparılması və s.) göstərmək; şagirdlərin valideynlərdən təhvil alınması və təhvil verilməsinə köməklik etməkdir.

İş təcrübəsi: İxtisas üzrə ən azı 2 il iş təcrübəsi.

https://www.21esr.com/career/jobaz/vacancy/54-ibtidai-sinif-muallimi

Qeyd: CV göndərmək istəyən namizəd aşağıdakı linkə daxil olub göndərə bilər.