Hüquqşünas

  • Royal Development
  • Elanın qoyulma tarixi: 16.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Ali təhsil;
  • Azərbaycan və ingilis dillərini bilməli;
  • Müvafiq sahə üzrə təcrübə arzuolunandır;
  • MS Word, MS Excel və MS Outlook proqramları üzrə biliklər zəruridir;
  • Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməli;
  • Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməli;
  • Kargüzarlıq işinin əsaslarını bilməli;
  • Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməli;

Vəzifə öhdəlikləri:

  • Qanun mahiyyətli sənədləri işləyib hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
  • Şirkətin bölmələrini hüquqi məsləhət və yardımla təmin etmək;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabları hazırlamaq;
  • Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirmək;
  • Aidiyyəti məsələlərə dair rəyləri hazırlamaq;
  • Protokolları hazırlamaq;
  • Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlamaq;
  • Hüquq idarəsinə daxil olan və çıxan sənədlərin, işlərin uçotunu aparmaq;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

İş qrafiki: 09:00 - 18:00 (5 günlük iş qrafiki)

Nahar şirkət tərəfindən verilir. 

İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 17 Aprel, 2022-ci il tarixinədək elektron ünvanına, mövzu hissəsində “Hüquqşünas” qeyd edərək göndərə bilərlər.