Texniki qulluq, havalandırma, isitmə və soyutma sistemləri üzrə mühəndis

İşin təsviri

Tələblər:

  • Havalandırma, isitmə və soyutma sistemləri mühəndisliyi üzrə bakalavr/magistr təhsili;
  • Təmir mühəndisi kimi sübut edilmiş iş təcrübəsi;
  • İstimə, soyutma və havalandırma sistemləri üzrə qabaqcıl biliklər;
  • Sistem sxemlərini oxuma bacarığı;
  • Texniki problemlərə diaqnoz qoymaq və aradan qaldırılması bacarıqları;
  • Təhlükəsizlik və avadanlıq təmiri prosedurlarını anlama;
  • Yaxşı ünsiyyət və təlim bacarıqları;
  • İngilis dili biliyi;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • Hesabat hazırlama və analiz etmə bacarığı.

Əsas vəzifə öhdəlikləri: 

  • Təsdiqlənmiş planlar əsasında işin təşkilini təmin etmək;
  • Tabeliyində olan texniki heyətin gündəlik işini planlaşdırmaq və nəzarət etmək;
  • Şirkət daxilində mərkəzi havalandırma sistemləri və kondisionerlər ilə bağlı müntəzəm olaraq yoxlamaların həyata keçirilməsi, avadanlıqlarda texniki xidmətin aparılması və daima saz vəziyyətdə saxlanılmasını təmin etmək;                         
  • Yoxlamalar zamanı aşkarlanan nasazlıqlar və problemlərlə bağlı müvafiq rəy və göstərişlərin verilməsi;                                    
  • Avadanlıqların (yük hesabatlarının) soyutma-isitmə güclərinin, hava miqdarının və digər texniki parametrlərinin düzgün yoxlanılması;                                  
  • Havalandırma, isitmə və soyutma sistemlərinin güclərinin hesablanması və ərazinin sahəsinə uyğun rəy verilməsi;                          
  • Nasazlıqlar və ya da dayanma  halında dərhal müdaxilə etmək və bu müddəti mümkün qədər qısaltmaq;
  • Qırılan və ya qüsurlu komponentlərin təmiri və ya dəyişdirilməsini təmin etmək;
  • Təmir edilmiş komponentlərin və mexanizmlərin normal işləməsi üçün yoxlama testlərini təmin etmək;
  • Təmir işlərinin sənədləşdirilməsini təmin etmək;
  • Məsul olduğu sahələrdə avadanlıqların və texniki qurğular üçün texniki qulluq büdcə planın hazırlanmasında iştirak etmək;
  • Texniki qulluq üçün lazım olan ehtiyat hissə, alət və avadanlıqların planlı şəkildə təminatını təmin etmək;
  • Məsul olduğu sahələrdə planlaşdırılan və yerinə yetirilmiş işlər üzrə tələb olunan qaydada rəhbərliyə hesabatların təqdim olunmasını təmin etmək.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Texniki qulluq, havalandırma, isitmə və soyutma sistemləri üzrə mühəndis” yazmaqla, öz CV-ni göndərə bilərlər.

İşəgötürənin reytinqi