Kredit işlər üzrə köməkçi

İşin təsviri

İnkişaf üçün Maliyyə MMC
bank olmayan kredit təşkilatı

Bakı filialında istehlak kreditləri şöbəsində kredit işlər üzrə köməkçi vəzifəsində  işləmək üçün xanım namizədlərin sənədlərini qəbul edir.

Mümkün namizədlərdən ilkin tələblər:
 Biznes və iqtisadi təhlil aparmaq qabiliyyəti və bacarığı;
 Riyazi və hesablama bacarıqları, sənədlərlə işləmək bacarıqları;
 İnsanlarla işləmək, dinləmək, ünsiyyətə girmək bacarıqları;
 Azərbaycan dilində səlis danışmaq və başa düşmək, fikri tam və başa düşülən səviyyədə ifadə etmək;
 Komanda şəklində işləmək bacarıqları;
 Kredit mexanizmləri haqqında müəyyən bilik və təcrübənin olması arzuolunandır;
 Biznes sferasında marketinq mütəxəssisi, mühasib, əmtəəşünas və ya uyğun sahələrdə təcrübəsi olanların nisbi üstünlüyü vardır;

İşin qısaca təsviri:
 Kredit işləri üzrə köməkçinin iş vaxtının əsas hissəsi istehlak kredit götürmək ehtimalı olan insanların fəaliyyət göstərdiyi müəssisələrin cəmləşdiyi ünvanlarda məlumat xarakterli görüşlərin keçirilməsi, eləcə də, artıq kredit üçün müraciət etmiş şəxslərin kredit üçün uyğunluğunun təhlilinə sərf olunacaqdır.

Zəruri qeydlər:
1. Bu vakansiya üçün ancaq xanımların namizədliyi qəbul ediləcək
2. Ərizələrin (CV və ya Resume) qəbulu 20 dekabr 2012-ci il tarixinədək davam edəcəkdir.
3. Ərizələrdə (CV və ya Resumelərdə) əmək haqqı gösləntisi mütləq qeyd edilməlidir.
4. Ərizələri (CV və ya Resumeləri) e-mail ünvanımıza göndərərkən mövzu yerinə "kredit işləri üzrə köməkçi" yazmağınız xahiş olunur.
5. Yalnız müsabiqəyə dəvət olunan şəxslərlə əlaqə saxlanılacaq.
6. Telefonla zəng etməməyiniz xahiş olunur.

Sənədlər aşağıdakı faks və ya elektron poçt ünvanlarında qəbul edilir:
Faks:   (994 12) 492 77 63
E-poçt:  [email protected]