Front-end (Vue) üzrə Proqram Təminatçısı

  • Prosper MMC
  • Elanın qoyulma tarixi: 09.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Yaş: 25 – 40;
  • Təhsil: Ali Kompüter elmləri yaxud əlaqəli sahə üzrə ali təhsil;
  • İş təcrübəsi: Müvafiq sahədə minimum 5 il professional təcrübə və minimum 2 veb tətbiqin hazırlanması üzrə professional təcrübə;
  • Dil bilikləri: Azərbaycan dili (Əla), Ingilis dili (Yaxşı) Rus dili (arzuolunandır);
  • Əməkhaqqı: 2500-5000 AZN (vakantın təcrübəsinə əsasən)
  • Vue.js (Nuxt) kimi bir və ya daha çox müvafiq “front-end” “framework”-ləri üzrə dərin təcrübə;
  • Brauzer API-ləri və qabaqcıl performansın optimallaşdırılması üzrə minimum 5 illik təcrübə;
  • Müştəri və istifadəçi rəylərinə əsasən operativ düzəlişlərin icrası, təklif və protatiplərin hazırlası və tənzimləmə bacarığı;
  • Qısa zamanda problemlərin həlli və problemlərin aradan qaldırılması bacarıqları;
  • Proqram təminatı komandası, layihə rəhbəri və layihə üzrə digər komanda üzvləri ilə sıx ünsiyyət, hesabatlılıq və kommunikasiya bacarıqları;

Məsulliyyətlər:

  • İstifadəçi interfeysi ideyalarını və tətbiqlərini müzakirə etmək üçün proqram tərtibatçısı komandası ilə daimi görüşlər, müzakirələr və iclaslarda iştirak;
  • Tətbiq tələblərinin, texniki tapşırığın, protatipin və interfeys dizaynlarının nəzərdən keçirilməsi;
  • Veb əsaslı istifadəçi qarşılıqlı əlaqələrinin (user interaction) müəyyən edilməsi və başa düşülməsi;
  • Vue.js (Nuxt) əsaslı konsepsiyalardan istifadə edərək istifadəçi interfeysi komponentlərinin hazırlanması və həyata keçirilməsi;
  • Modulların hazırlanması və ya hazır modullara texniki dəstəyin göstərilməsi;
  • Kompüter əməliyyat prosesində diaqram və axın qrafiklərini inkişaf etdirmək;
  • Proqramlaşdırma tətbiqlərini inkişaf etdirmək, sınaqdan keçirib və analiz etmək;
  • Proqram səhvlərini təhlil edib ,düzəldib və dəqiq vəziyyət hesabatlarını vaxtında təqdim etmək;
  • Tətbiqin texniki xidmətini dəstəkləmək üçün texniki sənədlər hazırlamaq;
  • Proqram təminatçılarına və analitiklərə yeni proqramları konseptləşdirmək və inkişaf etdirmək üçün dəstək vermək;
  • İnterfeys proqram təminatı ilə bağlı problemlərin aradan qaldırılması və proqram kodlarının sazlanması;
  • İstifadəçi interfeysi konsepsiyalarını dəstəkləmək üçün veb front-end arxitekturasının hazırlanması və icrası;
  • Front-end performansının monitorinqi və təkmilləşdirilməsi;
  • Bütün hazırlanan tətbiqlərin, dizaynların mobil və digər cihazlara adaptasiyası (mobile responsive) ;
  • Tətbiq dəyişikliklərinin sənədləşdirilməsi və yeniləmələrin hazırlanması;
  • Müəssisə dizayn nümunələrinin və ən yaxşı təcrübələrin başa düşülməsi;
  • Problem həll etmə bacarıqlarını tətbiq etməklə proqramlaşdırma məsələlərini həll etmək.

Tələb olunan proqram bilikləri:

  • Vue.js (Nuxt) proqramlaşdırma;
  • APİ qoşulması (front-end tərəfdə məntiqi asanlaşdırmaq üçün hazırlanacaqdır, əsas hesablamalar back-end-də ediləcəkdir);
  • Front-end performansı optimizasiya etmək;
  • ASAN login inteqrasiyası (öncəki layihələr istifadə olunan hazır həllər proqram tərtibatçısına ötürülə bilər);
  • Unit testlərin yazılması (Cİ pipeline olacaqdır, bu səbəbdən nəzərə alınmalıdır);
  • Sənədləşmə (Documentation) (“high level” arxitekt diaqramı və feature-lər haqda məlumat);
  • “QA” və “Real user” testləri zamanı ortaya çıxan problemlərin həll olunması.

CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir.

CV formasında əsas məlumatları lokanik və aydın qeyd olunmalıdır.

Diqqət edin ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir. 

Email:  [email protected]

Prosper MMC tərəfindən digər vakansiyalar