Əmək haqqı üzrə Mütəxəssis

  • Araz Supermarket
  • Elanın qoyulma tarixi: 08.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Müvafiq sahədə minimum 3 ildən yuxarı  iş təcrübəsi;
  • Microsoft Office (Word, Outlook, PowerPoint, xüsusilə Excel) proqramlarını bilmək;
  • Əmək məcəlləsi,Vergi məcəlləsi haqqında və aidiyyəti qanunvericiliklər haqqında biliklər;

Vəzifə öhdəlikləri:

  • Şirkət əməkdaşlarının aylıq əmək haqqını (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar) hesablamaq və ödənilməsi üçün müvafiq struktur bölməyə yönləndirmək;
  • Əmək haqqı, dərəcələndirmə və bonus sistemlərinin qurulmasında iştirak etmək;
  • İşçilərin məzuniyyət haqlarını, kompensasiyalarını, son haqq-hesablarını hesablamaq və vaxtında ödənilməsi üçün müvafiq addımlar atmaq;
  • Xəstəlik vərəqələri və ezamiyyətlər üzrə ödənişləri hesablamaq və vaxtında ödənilməsi üçün müvafiq struktur bölməyə yönləndirmək;
  • Şirkət əməkdaşlarının gündəlik davamiyyətinə nəzarət etmək və tabel formalaşdırmaq;
  • Əmək haqqı kartlarının işçilərə təhvil verilməsini təmin etmək;
  • Əmək haqqı və digər aidiyyəti maliyyə məsələləri ilə bağlı işçilərin şikayətlərini dinləmək və həll edilməsi üçün müvafiq addımlar atmaq;
  • Görülən işlərlə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq və birbaşa rəhbərinə təqdim etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük iş qrafiki;
  • Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Əmək haqqı üzrə Mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi