İşin təsviri
İş şəraiti:
- Həftədə 5 iş günü (saat 08:00-17:00), 2 gün istirahət
- Ofis
- Əmək haqqı: 1000 AZN
Vəzifə öhdəlikləri:
- Xarici auditlər vasitəsilə qeydə alınan uyğunsuzluqlar üçün effektiv düzəldici tədbirlərin planlaşdırılması və təqdim edilməsi;
- Satın alınan və xaricdən göstərilən xidmətlərə dair tələblərin müəyyən edilməsi;
- Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və uyğunsuzluqların aradan qaldırılması yönündə işlərin görülməsi;
- İş sahələrini üçün check list hazırlayaraq yoxlamaların keçirilməsi, müşahidələrin aparılması,uyğunsuzluqların rəhbərliyə bildirilməsi;
- Yükləmə üçün hazırlanan məhsulların keyfiyyətinə və məhsulların paletləmə/streçləmə qaydalarına seçmə üsulu ilə nəzarət;
- Müəsissədə, layihələrdə Keyfiyyəti idarəetmə (İSO 9001) və Peşə sağlamlığı və təhlükəsizliyinin idarəetmə sistemlərinin (İSO 45001) fəaliyyətinin mövcudluğunu və təkmilləşdirilməsinin təmin edilməsi;
- Keyfiyyəti idarəetmə (İSO 9001) və Peşə sağlamlığı və təhlükəsizliyinin idarəetmə sistemlərinin (İSO 45001) işləməsi üçün lazımi sənədlərin işlənib hazırlanmasının təşkili, əlaqələndirilməsi, sənədlərin işlək vəziyyətində saxlanılması;
- Standartlara, spesifikasiyalara, texniki şərtlərə, dizayn, texniki və texnoloji sənədlərə, təsdiq edilmiş nümunələrə (standartların), çatdırılma şərtlərinə və müqavilələrin tələblərinə cavab verməyən mal və məhsulların, proseslərin və xidmətlərin qarşısını almaq üçün işlərin idarə edilməsi;
Tələblər:
- Ali təhsil ;
- Azərbaycan dili , ingilis dili (rus dili arzuolunandır);
- İş təcrübəsi əlaqəli sahədə 3 ilə qədər; (Neft-Qaz və tikinti sahəsi üzrə təcrübəyə üstünlük verilir);
- Fərdi keyfiyyətlər: məsuliyyət, diqqətlilik, ünsiyyət qurmaq qabiliyyəti;
- ISO 9001, ISO 45001 və müvafiq olaraq daxili audit sertifikatları
- MS WORD,EXCEL,POWERPOINT və VİSİO proqramlarını bilməli;
- Keyfiyyətə nəzarət prosedurları və standartları üzrə biliklər
Xahiş edirik, mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə mühəndis” yazaraq, öz CV-lərinizi [email protected] e-poçt ünvanına göndərəsiniz.