İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi

İşin təsviri

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (İctimaiyyətlə əlaqələr, jurnalistika, marketinq və filologiya üzrə  üzrə  təhsil alanlara üstünlük verilir);
  • Analitik, təqdimat və təşkilatçılıq bacarıqları; 
  • Komandada işləmək bacarığı;                                                                                                                                   
  • Kreativlik,yaradıcı təxəyyülə malik olma;
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (ingilis  və rus dili biliyi yaxşı səviyyədə);
  • Yüksək səviyyəli yazılı və şifahi ünsiyyət bacarıqları; 
  • Müxtəlif perspektivləri anlama və auditoriyaya uyğun cavablandırma bacarığı;
  • Şirkəti yüksək səviyyəli təmsil etmə qabiliyyəti;      
  • Ezamiyyə səfərlərinə getmək imkanı.

Görəcəyiniz işlər: 

  • Qurumun ictimaiyyətlə əlaqələr üzrə strategiyasının həyata keçirilməsi;
  • İctimaiyyətlə əlaqələr sahəsində layihə və tədbirlərin təşkili və idarə olunması;                                                                                      
  • KİV-lə əlaqələrin qurulması məqsədilə müxtəlif tədbirlərin təşkili;
  • Hesabatların, məqalələrin, press-relizlərin, mətbuat konfransları və təqdimatlar üçün materialların hazırlanması və redaktəsi;
  • KİV-dən daxil olan sorğuların cavablandırılması;
  • Çap materiallarının məzmununun hazırlanması və redaktəsi;
  • Qurumun rəsmi internet səhifəsi üçün məlumatların hazırlanması və yenilənməsi.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 03.04.2022-ci il;
  • CV-lər aşağıda qeyd olunan e-mail ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]