Tibb bacısı (Təcili tibbi yardım)

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Tibb bacısı həkiməqədər təcili tibbi yardımı göstərir.
  • Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirir.
  • Pasiyentlərin müxtəlif növ təcili yardım prosedurlarına hazırlanmasını aparır və həkim tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

Tələblər:

  • Orta tibb təhsil müəssisələrini “tibb bacısı”, “müalicə işi” və ya “mamalıq işi” ixtisası üzrə bitirməlidir.
  • “Təcili tibbi yardım” və ya “Anesteziologiya-reanimasiya” şöbələrində ən azı 3 il əmək stajına malik olanlara üstünlük veriləcək.
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etməlidir və həmin kursların sertifikatına (Səhiyyə Nazirliyinin sertifikatı BLS) malik olmalıdır.

Maraqlananlar CV-lərini “mövzu” yerində “Təcili tibbi yardım tibb bacısı” qeyd edərək göndərə bilərlər.